Suriya müharibəsi: İD-in Deyr əl-Zor şəhərinə hücumu nəticəsində onlarla adam ölüb

Şəklin mənbəyi, Reuters
Son aylar ərzində bir çox mülki şəxs Deyr əl-Zordan qonşu İraqa qaçıb
Özünü "İslam Dövləti" adlandıran qruplaşmanın döyüşçüləri, şərqi Suriyada Deyr əl-Zor şəhərinin hökumətin idarə etdiyi ərazilərinə hücum edib.
Hücum nəticəsində onlarla adamın öldüyü deyilir.
Suriya İnsan Haqları Müşahidə qrupunun bildirdiyinə görə, 12 hökumət əsgəri və 20 İD döyüşçüsü öldürülüb.
Qrupun sözlərinə əsasən İD-in raket hücumu nəticəsində bundan başqa azı 2 mülki şəxs həlak olub.
Şəklin mənbəyi, YouTube
14 yanvar: Deyr əl-Zor şəhərində hücuma məruz qalan bina
2015-ci ilin əvvəllərindən İD döyüşçüləri şəhərin hökumətin idarə etdiyi hissələrini mühasirəyə alıb.
Deyr əl-Zor şəhərinin yarısı və eyni adla tanınan vilayətin əksər hissəsi İD-in nəzarəti altındadır.
Deyr əl-Zor, ifratçı qrupun Suriyadakı "paytaxtı" kimi tanınan Raqqa ilə qrupun İraqda idarə etdiyi ərazini birləşdirir.