Serbiyanın qatarı Kosovo ilə gərginliyi artırıb

Şəklin mənbəyi, AP
Qatarın üzərinə boyanmış "Kosovo Serbiyanındır" şüarı 20 dildə yazılmışdı
Serbiya dəmir yolunun Kosovo tərəfindən partladılmasına cəhd edildiyini iddia edərək Kosovoya yola saldığı qatarın sərhədi keçməsinə icazə verməyib.
Belqraddan şimali Kosovoya yeni açılan dəmir yolu xətti Serbiya tərəfindən mühüm bir nəqliyyat yolu adlandırılıb.
Serbiya deyib ki, qatarın üzərinə boyanmış "Kosovo Serbiyanındır" şüarı ölkənin mədəni irsini qeyd etmək üçün yazılıb.
Lakin Serbiyadan müstəqilliyini 2008-ci ildə elan etmiş Kosovo bunu təxribat adlandırıb.
Rusiyada istehsal edilmiş qatar Kosovoda yerləşən məşhur monastrlardan iri Serb pravoslav ikonaları ilə bəzədilmişdi və bələdçilər Serbiyanın milli rənglərində formalar geyinmişdi.
Qatar yola düşməzdən əvvəl, Serbiya hökumətinin Kosovo şöbəsinə rəhbərlik edən Marko Djuric qatarı "bizim mədəni irsimizi nümayiş etdirən sərgi" adlandırmışdı.
Qatar Belqraddan Kosovoda qalan Serblərin əksəriyyətinin yaşadığı şimali Kosovonun Mitrovitsa şəhərinə yola düşmüşdü.
Hal-hazırda Mitrovitsadan Belqrada qatarla yol 10 saat çəkir və Serbiya Mitrovitsaya birbaşa xətt açmaq niyyətində olduğunu deyib.
Separatçılar və Belqraddakı hökumət arasında 9 illik müharibədən sonra Kosovonun elan etdiyi müstəqillik Serbiya və Rusiya tərəfindən tanınmır.
Şəklin mənbəyi, AP
Qatar Kosovoda yerləşən məşhur monastrlardan iri Serb pravoslav ikonaları ilə bəzədilmişdi
Lakin Serbiyanın baş naziri Aleksandr Vuçiç Kosovo xüsusi qüvvələrinin dəmir yolunu partlatmağa cəhd etdiyini və qatarın sürücüsün Kosovo tərəfindən həbs ediləcəyini iddia edərək qatara sərhədin Serbiya tərəfində dayanmasına əmr ver
Kosovo bu iddiaları rədd edib.
Lakin Kosovonun baş naziri İsa Mustafa ABŞ və Avropa İttifaqı ilə əlaqə saxlayaraq öz narahatlığını bildirib: "Məncə qatarı geriyə çağırmaq düzgün qərar idi və onun müstəqil və suveren Kosovo Respublikasına qirişinə icazə verilməyəcək".
Cənab Vuçiç Kosovonun aşırı reaksiya verməkdə ittiham edərək, qatarı "bizim sülh istədiyimizi göstərmək" üçün dayandırdığını bildirib.
"Biz tank yox, qatar göndərdik," o əlavə edib.ib.
Kosovonun sabiq baş naziri Hardinay Fransada həbs edilib
Müharibə cinayətləri törətdiyini iddia edən Serbiyanın həbs qərarı ilə Kosovonun sabiq baş naziri Ramuş Hardinay Fransada polis tərəfindən həbs edilib.