Serbiya-Kosovo qatarı hərbi hədələrə səbəb olub

Şəklin mənbəyi, Getty Images
Serbiya qonşu Kosovoda öz ərazisi kimi iddia etdiyi torpağın "hər qarışını" qoruyacağı barədə xəbərdarlıq edib.
Serb bayrağının rəngləri ilə rənglənmiş və üzərində "Kosovo Serbiyadır" cümləsi yazılmış qatarı Kosovo sərhədindən buraxılmadıqdan sonra prezident Tomislav Nikoliç Kosovonı müharibə istəməkdə ittiham edib.
Kosovo bu qatarı məqsədyönlü təxribat kimi görür.
Gərginlik artan kimi cənab Nikoliç bildirib ki, o lazım gəlsə, serbləri qorumaq üçün Kosovoya ordu göndərməyə hazırdır.
Kosovo tarixən Serbiyanın bir əyaləti olub və 2008-ci ildə müstəqilliyini elan edib. ABŞ və əksər Avropa İttifaqı ölkələri tərəfindən tanınan Kosovonun müstəqilliyi Serbiya və onun müttəfiqi Rusiya tərəfindən qəbul edilmir.
Serbiya tərəfindən mühüm nəqliyyat vasitəsi kimi qəbul edilən qatar 2008-ci ildən Serbiyanın paytaxtı Belqrad və şimali Kosovodakı Mitrovica arasında ilk birbaşa əlaqə olub.
Kosovoda serblərin əksəriyyəti Mitrovica ətrafında yaşayır.
Serbiya bildirib ki, qatarda Serbiyanın milli rənglərinin istifadə edilməsi daxil olmaqla, qatarın içərisinin Serb pravoslav simvolları ilə bəzədilməsi və bir çox dillərdə "Kosovo Serbiyadır" şüarının yazılması öz mədəni irsinin təntənəli qeyd edilməsidir.
Lakin Kosovonun baş naziri İsa Mustafa jurnalistlərə bildirib ki, qatar "ölkənin suverenliyini qorumaq" üçün dayandırılıb və Kosovo "işğal mesajı ilə təxribata səbəb olacaq" nəqliyyat vasitələrinə yol verməyəcək.
Kosovo qatarın sərhədi keçməsinin qarşısını almaq üçün sərhəd boyunca polis qüvvələri düzüb.
Serbiyanın baş naziri Aleksandar Vucic iddia edib ki, kosovolu qüvvələr yolları partlatmağı planlaşdırıb və "müharibə oyunları" oynayıb.
Şəklin mənbəyi, EPA
Mitrovicadakı etnik serblər küçələrə çıxaraq qatar xidmətinin dayandırılmasına etiraz edib
Hadisə gərginliyin artmasına, Kosovoda serblərin etiraz nümayişi keçirməsinə və cənab Nikolic-in iki xalqın "münaqişə həddində" olduğunu deməsinə səbəb olub.
Kosovo və Serbiya - əsas hadisələr
1991 - Yuqoslaviyanın zorakı dağılması
1996 - Qiyamçı Kosovo Azadlıq Ordusu (KLA) Kosovoda serb qüvvələrinə hücum edir və Serbiya böhranı ilə üzləşir
1999 - NATO serb mövqelərini bombalayıb - Yuqoslaviya və Serbiya bu hücumlara Kosova albanlarının kütləvi etnik təmizlənməsi ilə cavab verir, amma sülh razılaşması ilə Kosovodan çıxır
2008 - Kosovo müstəqilliyini elan edir
1999-cu ildən Kosovoda NATO-nun sülh tənzimləyici qüvvələri mütəmadi xidmət edir.
Serbiya ilə Kosovo arasında gərginlik onsuz da yüksək idi. Serblərin "müharibə cinayətlərində" ittiham etdiyi keçmiş Baş nazir Ramuş Haradinaj yanvarın 5-də Fransada həbs olunub.
Cənab Haradinaj-a iki dəfə Birləşmiş Millətlər Təşkilatında bu cür ittihamlardan təmizlənib, lakin Serbiya təkid edir ki, o, ekstradisiya olunsun. O, məhkəmənin qərarınadək Fransada qalır.

Serbiyanın qatarı Kosovo ilə gərginliyi artırıb
Serbiya dəmir yolunun Kosovo tərəfindən partladılmasına cəhd edildiyini iddia edərək Kosovoya yola saldığı qatarın sərhədi keçməsinə icazə verməyib.