Georgia ştatında qasırğalar: azı 11 nəfər ölüb
Cənubi Mississippidə tornadodan sonra çəkilən video
Sərt hava şəraiti ABŞ-ın Georgia ştatında 11 nəfərin ölümü və 23 nəfərin xəsarət alması ilə nəticələnib.
Tornado xəbərdarlığı ştatın bəzi hissələrində şənbə gecəsi üçün verilmişdi. Bu arada şimal rayonlarında sel təhlükəsi yaranıb.
Georgia Fövqəladə Hallar Agentliyi bildirir ki, cənubdakı Cook, Brooks və Berrien dairələrində onadək insan ölüb.
Xəbərdə ölümlərə səbəbini tornadoların olub-olmadığı aydınlaşdırılmayıb.
Həftə sonunda Birləşmiş Ştatların bəzi hissələrində qasırğalar qeydə alınıb.
Cənubdakı Mississippidə tornadonun keçdiyi yolda 4 nəfər ölüb. Burada küləyin sürəti saatda 218 kilometrə çatırdı.
Atlantadakı Peachtree City Milli Hava Xidməti bildirib ki, bazar günü Florida-Georgia sərhədində "əhəmiyyətli dərəcədə güclü tornado zərbələri" gözlənilir. Burada qasırğalar gündüz saatlarından başlayıb üzü axşama davam edəcək.
Xidmətdən göndərilən tvitdə deyilir ki, son 24 saatda yağıntının miqdarı normadan çox olub. Charlotte şəhərində yağıntının miqdarı 13, 6 santimetr idi.
Floridanın şimal-qərbində sərt ildırım çaxmaları gözlənilir.
Şəklin mənbəyi, Reuters
The violent storms have also damaged property