Şərqi Hələb xarabalıqlarındakı həyat şəkillərdə

Bir zamanlar Suriyanın ən böyük şəhəri sayılan Hələb 4 il davam edən vətəndaş müharibəsi nəticəsində xarabalığa çevrilib .

BBC-in Yaxın Şərqdəki müxbiri Jeremy Bowen Şərqi Hələbin kimsəsiz küçələrində dolaşıb, hansı ki, uzun müddət İD döyüşçülərinin nəzarətində olub.

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Şərqi Hələbin İD döyüşçülərinin nəzarətində olan dağıdılmış rayonlarından birində qurulan barrikada

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Xarabalıqların sahibi yerli gənclərdir. Müharibə onların uşaqlığını və təhsilini əlindən alıb, bəzilərinin isə həyatını yarıda qoyub

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Xarabalıqların ətrafında bombalanmış evlər - tərəvəz dükanı

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Bu balaca oğlanın qismətinə əldə düzəlmə sobada qızınmaq və təzə xiyar yemək düşüb. Şərqi Hələb mühasirədə olarkən bura yemək gətirmək mümkünsüz idi

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Şərqi Hələbin bütün rayonlarında suyu yalnız çəndən əldə etmək olar. İnfrastrukturun bütün sistemləri sıradan çıxıb, amma dağılmış evlərdə artıq 40 minə yaxın insan məskunlaşıb

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Oğlan ailəsi üçün su yığıb. Onun sağ gözünün altında, dərinin altında qalan qəlpə izlərinə diqqət yetirin

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Bütün müharibələr zamanı uşaqlar əziyyət çəkir, lakin onları adətən çətin şəraitə uyğunlaşmaq bacarığı xilas edir. Bu uşaqlar "Hələb" şüarını səsləndirirlər

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Hələbin "Köhnə şəhər" adıyla məşhur olan tarixi mərkəzində isə çörəkçi yerli sakinlərin pirojnasız keçinə bilməyəcəyini düşünür

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Suriyada uşaqların çoxu məktəbə getmir. Şərqi Hələbdə uşaqlar yaşamaq üçün böyükərin qayğılarının bir hissəsini öz çiyinlırinə götürüblər

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Şərqi Hələbin dağılmış, boş küçələri bədbəxtlik təəssüratı oyadır. Sanki burada hökm sürən zorakılıq və olüm şəhəri tərk etmək istəmir

Şəklin mənbəyi, Jeremy Bowen

Şəklin alt yazısı,

Hələbin tarixi mərkəzi - Köhnə şəhər. Çuvallardan ibarət bu barrikadadan cəbhə xətti, digər tərəfdən isə döyüşçülərin müdafə xətti keçirdi

Jeremy Bowen-ni T-də izləyin.