“Ayaqüstə” maşın sürən ingilis cəzalandırılıb

Adam Elliot

Şəklin mənbəyi, Adam Elliott /PA

Şəklin alt yazısı,

Adam Elliotun boyu 2 metrdir. Ford Ka-da sükan arxasında oturan zaman onun maşınıı "ayaqüstə" idarə etdiyi güman edilir

Newcastle şəhərində olan 26 yaşlı Adam Elliot kabrioleti təhlükəli sürdüyünə görə müqqəssir elan edilib. Lakin 26 yaşlı gənc məhkəməni maşını "ayaqüstə" deyil, oturaq vəziyyətdə idaərə etdiyinə inandımağa çalışıb.

Onun sözlərinə görə boyu 2 metr olduğuna görə kənardan onun maşını "ayaqüstə" idarə etməsi təəssüratı yaranıb.

Amma hakim Robert Adamsın iddiasına görə bu gənc digər sürücülərdən fəqrlənmək üçün bu yola əl atıb və maşını "ayaqüstə" idarə edib.

"Bu kifayət qədər təhlükəlidir"-deyə hakim bildirib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Elliot iddia edir ki, bu cür kişik maşınlara o, sadəcə yerləşmir

Başlanğıcda günahını etiraf edən Elliot məhkəmə dinləmələrindən sonra günahsız olduğunu iddia edib.

Hadisənin onun boyunun hündür olması ilə əlaqələndirən Elliot ilk başda günahını etiraf etməsinə isə "mənə belə məsləhət gördülər" açıqlamasını verib.

İnsident ötən ilin yanvarında Gateshead şəhərində, avtomobil üzrə diler olan Elliot-un müştəriyə maşını apararkən baş verib.

İlkin olaraq bir il sürücülük səlahiyyətlərindən məhrum edilən Elliotla bağlı son qərar fevralın sonunda çıxarılacaq.