BMT İsrailin Qərb Sahilində 2500 ev tikmək planlarını qınayır

Rammallaha yaxınlıqda Beit El qəsəbəsində 100 yeni ev tikiləcək.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Rammallaha yaxınlıqda Beit El qəsəbəsində 100 yeni ev tikiləcək.

Birləşmiş Millətlər Təşkilatı İsrailin işğal edilmiş Qərb sahilində əlavə evlər tikməsinə dair planlarını tənqid edib.

BMT-nin sözçüsü "birtərəfli hərəkətlərin" sülh prosesinə maneə törətdiyini deyib.

İsrail Qərb Sahilində yerləşən yəhudi məskənlərində 2500 yeni evin tikilməsi barədə planları bəyan edib.

Müdafiə naziri Avigdor Lieberman və baş nazir Benyamin Netanyahu qərarın "yaşayış ehtiyacına" cavab olduğunu deyiblər.

Fələstinli rəsmilər planları bölgədə sülh yaratmağa yönələn cəhdlərə yeni zərbə adlandırıblar.

BMT baş katibi Antonio Guterres-in sözçüsü Stephane Dujarric deyib: "Baş katib üçün hər iki dövlət həllində B planı yoxdur."

"Bu baxımdan hər iki dövlət məqsədinə maneə ola biləcək istənilən birtərəfli qərar baş katibi üçün ciddi narahatlıq doğurur."

"İsrail və Fələstinin "iki xalq üçün iki dövlət" məqsədinə çatmağa dair danışıqlarda iştirak etmək ehtiyacı var", sözçü qeyd edibş.

İsrail hakimiyyətinin bəyanatı ABŞ prezidenti Donald Trump vəzifəsinə başladıqdan sonra ikinci bənzər bəyənatdır.

Cənab Trump İsraildə yəhudi məskənlərinin tikilməsinə sələfi Barack Obamadan daha rəğbətli olacağını bəyan edib və yəhudi məskənlərinin açıq dəstəkçisini ABŞ-ın İsrailə yeni səfiri təyin edib.

Yəhudi məskənləri 1967-ci ildə Qərb Sahili və Şərqi Qüdsün İsrail tərəfindən işğalından sonra salınmağa başlayıb. Hazırda 140-dan çox yaşayış məntəqəsində təxminən yarım milyon israilli yaşayır.

Bəyan edilən yeni evlərin əksəriyyəti hazırda mövcud olan məskənlərin ərazisində tikiləcək - 902 ev Ariel məskənində, 652 ev isə Givat Zeev məskənində.

Evlərdən 100-ü cənab Trump-ın kürəkəni və baş müşaviri Jared Kushnerin ailəsi tərəfindən idarə olunan təşkilat tərəfindən maliyyələşdiyi iddia edilən Beit El qəsəbəsində tikiləcək.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Avigdor Lieberman (solda) və Benyamin Netanyahu (sağda)

Bəyanatın buraxılışından sonra, cənab Netanyahu Twitterdə "biz tikirik və tikməyə davam edirik" yazıb.

Bazar günü baş nazir həmçinin telefonla ABŞ prezidenti Trumpla İsrailin fələstinlilərlə sülh prosesini müzakirə edib və cənab Trump tərəfindən fevral ayında Washington-a dəvət edilib.

"Prezident İsrail və fələstinlilər arasında sülhün yalnız iki təfərin razılığı ilə əldə edilə biləcəyini və bu hədəfə irəliləmək üçün Amerika Birləşmiş Ştatlarının İsraillə sıx əladəqə olacağını vurğulayıb", Ağ Ev deyib.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Məsklunlaşma hərəkatı Donald Trumpın seçki qələbəsini sevinclə qarşılayıb

Fələstin Azadlıq Təşkilatının icraedici kömitə üzvü Hanan Aşravi çərşənbə axşamı günü dərc edilən bəyanatı tənqid edib.

"İsrail hökuməti özünün iki-dövlətli həll, sülh və sabitliyin tələblərindən çox torpaq oğurluğuna və müstəmləkəçiliyə sadiq olduğunu bir daha sübut edib", xanım Aşravi deyib.

Xanım Aşravi ABŞ və beynəlxalq ictimaiyyəti məskənlərin tikintisinin qarşısını almağa və İsraili məsuliyyətə cəlb etmək üçün "ciddi və müəyyən addımlar" atmağa çağırıb.