Kanada: məscidə hücumda "6 nəfər ölüb"

An ambulance is parked at the scene of a fatal shooting at the Quebec Islamic Cultural Centre in Quebec City, Canada January 29, 2017. Fotonun müəllifi Reuters
Image caption Polis ölənlərin və həbs edilənlərin olduğunu deyib, amma dəqiq rəqəmlər açıqlamayıb

Kanadanın Quebec şəhərindəki məsciddə baş verən atışmada 6 nəfər öldürülüb və 8 nəfər yaralanıb, polis deyir.

Atışma bazar günü gecəsi Quebec İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı baş verib.

Şübhəlilərdən biri hadisə yerində, digəri isə məscidə yaxınlıqda saxlanılıb. Polis bundan başqa şübhəlilərin olmadığını düşündüyünü bildirib.

Polis ilkin səbəbi hələ açıqlamayıb, hərçənd, Kanadanın baş naziri Justin Trudeau hadisəni "terror aktı" kimi qiymətləndirib.

Cənab Trudeau bildirib ki, o xəbəri "böyük şok, kədər və acıqla" qarşılayıb.

"Biz qaçqın və ibadət mərkəzində müsəlmanlara qarşı bu terror hücumunu pisləyirik", onun bəyanatında deyilir.

Quebec-in baş naziri Philippe Couillard da hücumu "terror aktı" adlandırıb.

O Quebec-in müsəlmanlarla həmrəy olduğunu bildirib.

Şahidlərdən biri Reuters agentliyinə üç silahlı barədə danışıb. Agentlik həmçinin "təpədən dırnağadək silahlanmış taktiki polis dəstəsinin" məscidə girməsi barədə məlumat verib.

Polis sonra bildirib ki, ərazinin təhlükəsizliyi təmin edilib və hadisə "nəzarət altındadır".

Fotonun müəllifi AFP
Image caption Polis hadisə yerində iki nəfəri həbs edib