Trump-ın Britaniya səfərinin ləğv edilməsi üçün 1 milyon imza toplanıb

Petition to prevent Donald Trump from making a state visit to the United Kingdom reaches 1,000,118 signatures Fotonun müəllifi UK government
Image caption Petisiyada 1 milyondan artıq imza toplayıb

ABŞ Prezidenti Donald Trump-ın Britaniyaya planlaşdırılan dövlət səfərinin ləğv edilməsinə çağıran petisiya 1 milyondan artıq imza toplayıb.

Petisiyanı imzalayanların sayı, ABŞ-da immiqrasiyaya həftəsonu qadağaların tətbiq edilməsinə başlanılandan sonra sürətlə artıb.

Baş nazir Theresa May Trump-ın səfər edəcəyi barədə açıqlamanı ötən həftə ABŞ-a səfəri zamanı edib.

Britaniya hökuməti - Downing Street - səfərin ləğv edilməyəcəyini deyib və çağırışları "populist jest" adlandırıb.

Laboristlər partiyasının lideri Jeremy Corbyn Baş naziri, səfəri təxirə salmağa çalışıb.

Petisiyanı Graham Guest adlı hüquqşünas başlayıb. O deyir ki, məqsədi cənab Trump-ın hərəkətlərinə diqqəti çəkməkdir.

O Press Association xəbərlər agentliyinə deyib: "Dövlət səfəri onun prezidentliyini legitimləşdirir və o, foto çəkimləri və Kraliça ilə bir yerdə görünmək şanslarından yenidən president seçilməsi üçün istifadə edəcək".

Ötən cümə günü cənab Trump ABŞ qaçqınlar proqramının 120 gün müddətinə dayandırılmasına göstəriş verən fərman imzalayıb.

Fərmana görə, Suriya qaçqınlarının ölkəyə gəlişi qeyri-müəyyən müddətə qadağan olunur və yeddi müsəlman ölkəsindən gələnlərin ölkəyə girişi müvəqqəti dayandırılır.

Bu qərarın icrasına başlanması dünya boyunca hiddət və etirazlara səbəb olub.

Şənbə günü petisiyaya 60 imza atılsa da, bazar günü 100 000-ə çatıb - bu, Parlamentin onu müzakirə etməsi üçün yetərlidir. Bir gün sonra isə imzaların sayı 1 milyonu keçib.

Britaniya Parlamenti petisiyanı çərşənbə axşamı günü müzakirə edəcək.

Bu barədə daha geniş