ABŞ Şimali Koreyaya nüvə hücumuna görə xəbərdarlıq edir

Şəklin mənbəyi, AP
Cənab Mattis cənubi koreyalı həmkarı Han Min-koo ilə görüşüb
ABŞ-ın müdafiə naziri James Mattis Şimali Koreya tərəfindən nüvə silahının hər hansı istifadəsinin "təsiredici və böyük" reaksiya ilə qarşılanacağını bildirib.
Cənubi Koreyada səfərdə olan cənab Mattis Seulu Amerikanın dəstəyinin davam etdiyinə inandırmağa çalışıb.
Şimali Koreya yenidən raket və nüvə sınaqlarının həyata keçiriləcəyinə dair aqressiv bəyanatlar verib.
Müharibədən sonra müdafiə xəttinin bir hissəsi kimi Cənubi Koreya və Yaponiyada ABŞ-ın hərbiyyəsi mövcuddur.
Prezident Donald Trump bundan əvvəl bəyan edib ki, hər iki ölkə bu mövcudluğun qorunub saxlanılması üçün daha çox ödəməlidir.
Şəklin mənbəyi, AP
Cənubi Koreya və ABŞ əsgərləri tez-tez təlimlər keçirir
Cümə günü cənab Mattis Obama administrasiyası zamanı Cənubi Koreyada ABŞ istehsalı müdafiə sisteminin qurulması barədə razılaşmanı müzakirə edəcək.
Günün sonunda isə cənab Mattis Yaponiyaya gedəcək.