Britaniya qırıcıları Pakistan təyyarəsini müşayiətlə yerə endirib

RAF Typhoon Fotonun müəllifi MOD

Britaniyanın Kral Hava Qüvvələri (KHQ) hərbi təyyarələri Pakistan Beynəlxalq Hava Yolları sərnişin təyyarəsini müşayiət edərək paytaxt Londonun Stantsted aeroportuna endiriblər.

Stantsted təyyarənin KHG-nin Typhoon qırıcılarının müşayiəti ilə yerli vaxtla saat 14:50-də endiyini bildirib.

Essex Polis şöbəsi təyyarənin müşayiətlə Stantsted-ə endirilməsinin, təyyarədə bir sərnişinin uyğun olmayan davranışı nəticəsində baş verdiyini və "hadisənin təyyarənin ələ keçirilməsi və ya terror məsələsi olmadığı düşünüldüyünü" bildirib.

London-un Heathrow aeroportuna uçan təyyarənin hal-hazırda Stansted aeroportunun sərnişin terminalından kənarda saxlandığı və aeroportun fəaliyyətinin normal şəkildə davam etdiyi bildirilir.

Stantsted-in verdiyi məlumata görə, polisin sərnişin barədə araşdırmasından asılı olaraq, təyyarənin Heathrow-a uçuşunu çərşənbə axşamı günü davam etməsi gözlənilir.