İsveçlilərə dodaq tütününün diabetlə əlaqəsi barədə xəbərdarlıq

Snus, istifadəçinin dodağının altına qoyulan yaşlanmış tütündür. Fotonun müəllifi AFP
Image caption Snus, istifadəçinin dodağının altına qoyulan yaşlanmış tütündür.

İsveçdəki alimlər bir çox insan tərəfindən siqaretə sağlamlı alternativ kimi sayılan və hazırda ölkənin ən populyar tütün istifadə vasitəsi olan dodaq tütünü (snus) barədə xəbərdarlıq ediblər.

Snus, istifadəçinin dodağının altına qoyulan nəmlənmiş tütündür.

Nanə, limon və qəhvə daxil olmaqla, bir çox dadı olan snusun satışı İsveçdən başqa Avropa İttifaqının digər ölkələrində qadağandır.

The Journal of İnternal Medicine elmi dərgisində dərc edilən yazıda snunus diabet təhlükəsini artırdığı deyilir.

Alimlər, araşdırma nəticəsində gündə bir dibçək snusun istifadəçilərdə ikincili insulinasılıqlı şəkərli diabetin yaranması təhlükəsini 70 faiz artırdığını aşkar etdiklərini iddia edirlər.

Alimlərin sözlərinə görə, bir dibçək snusun təsiri gündə bir paçka siqaret çəkməklə eynidir.

Umea Universiteti, Lund Universiteti və Karolinska İnstitutunun alimləri araşdırmanı 1990-cı ildən 2013-ə qədər 54,500 snus istifadəçisini təqib etdikdən sonra hazırlayıblar.

Karolinska İnstitutunun tədqiqatçı alimi doktor Sofia Carlsson snusun siqarət çəkməkdən sağlamlıq üçün ümumiyyətlə daha təhlükəsiz olduğunu desə də, araşdırmanın nəticələrinin "diabet riskini azaldmaq istəyənlərə həm snusu həm də siqareti tərk etməyi" tövsiyə etdiyini bildirib.

Bu barədə daha geniş