Macarıstanlı mer, xristian avropalıların yerli kəndlərdən birində məskunlaşmasını istəyir.

Macarıstanlı mer, britaniyalılar da daxil, xristian avropalıların yerli kəndlərdən birində məskunlaşmasına ümid edir.

“Biz əsasən çoxmədəniyyətli

cəmiyyətdə yaşamaq istəməyənləri dəvət edirik”, - mer deyir.

Mer ictimai yerlərdə islam geyimi və homoseksuallar tərəfindən sevgi nümayişini qadağan edib.

Britaniyada millətçi BNP partiyasının sabiq lideri Nick Griffin-lə bağlı olan gizli təşkilat Macarıstan kəndi barədə multikulturalizmdən uzaqlaşmaq istəyən Britaniya sakinləri arasında məlumat yayır, BBC-ə məlum olub.