Yeni Zelandiyada: yüzlərlə balina özünü sahilə atıb

Balina Fotonun müəllifi AP

Yeni Zelandiyada 400-dən çox balina özünü sahilə atıb. Könüllülər hadisə yerinə gələnə qədər artıq yüzə yaxın canlı həlak olub.

Bu barədə məlumatı ölkənin təbiəti mühafizə departamenti yayıb. Bu, ölkədə məməlilərin ilk kütlıəvi intihar hadisəsi kimi qeydə alınıb.

Departamentin məlumatına görə, Yeni Zelandiyanın cənubundakı Golden-Bay adasının sahillərinə 416 canlı çıxıb.

Departament nümayəndəsinin sözlərinə görə, sağ qalan balinaların çoxu artıq dənizə geri qaytarılıb. Yerli sakinlər və könüllülər balinaların yenidən özlərini sahilə atmasının qarşısını almaq üçün sahildə canlı zəncir yaradıblar.

Balinaların belə kütləvi intihar halları mütəmadi qeydə alınlır. Balinaları dənizə geri qaytarmaq məsələsi həddən artıq çətin məsələdir və onların hamısını xilas etmək mümkün olmur.

Fotonun müəllifi Reuters
Image caption Konüllülər özünü sahilə atan balinaları xilas edirlər

Ötən ilin yanvar ayında Hindistanın cənubunda yerləşən Tamilnad ştatında 100-dən çox qrind özünü gecə çimərliklərindən birinin sahillərinə atmışdı.

Onlardan yalnız 30-nu yerli sakinlər xilas edə bilib. Canlıların özlərini sahilə belə atma səbəblərinə dair alimlərin birmənalı şəkildə heç bir fikri yoxdur.

Ən populyar versiyalara görə balinalardan birinə və ya bir neçəsinə nəsə olduqda onlar təhlükə siqnalı veririlər, qalanları isə onlara köməyə gəlir. Nəticədə xəstələnən delfin və ya balina özünü sahilə atır, digərləri də oların arxasınca gəlir.

Fotonun müəllifi Reuters
Image caption 416 balina özünü Yeni Zelandiyanın Golden-Bay adasının sahillərinə atıb