BAFTA 2017 mükafatları: kim nə əldə edib?

Londondakı BAFTA mükafatlandırma mərasimindən fotoreportaj.

La La Land

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Amerikalı rejissor Damien Chazellenin La La Land musiqili filmi Böyük Brtitaniyanın BAFTA kino akademiyası və televiziya incəsənəti versiyasına görə ilin ən yaxşı filmi seçilib. Ən yaxşı akrtisa isə La La Land-da oynayan Emma Stone olub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

“Ən yaxşı aktrisa” nominasiyasına namizəd Emma Stone və Ame Adams olub. Qırmız xalı üzərində onlara “Ulduzlar müharibəsi” filmində rol alan britaniyalı aktrisa Felicity Jones də qoşulub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

“Ən yaxşı aktrisa” nominasiyasına namizədlər arasında “Qatardakı qız” filmindəki roluna görə Emily Blunt və “Florence Foster Jenkins” filminin qəhrəmanı Meryl Streep də olub. “Ən yaxşı aktyor” nominasıyasını Andrew Garfield alıb.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Viggo Mortensen “Fantastik kapitan” filmində baş rolu oynayıb.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Emily Blunt-a həyat yoldaşı amerikalı aktyor John Krasinski də qoşulub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Hollywood aristokratlarına əsl kübarlar – Cambridge hersoqu və hersoginyası da qoşulub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Mərasimdə həmçinin britaniyalı aktyor Eddie Redmayne xanımı Hanna Bagsheyvlə, “ikinci ən yaxşı aktrisa” nominasiyasına namizəd olan Viola Davis və həyat yoldaşı Julius Tennon da iştirak edib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

“İkinci ən yaxşı aktrisa” nominasiyasını Naomie Harris alıb.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Rejissor Sam Taylor Johnson mərasimə həyat yoldaşı, “Gecə canlıları” filminə görə ”ikinci ən yaxşı aktyor” mükafatını qazanan Aaronla birgə gəlib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

“Aslan“ filmindəki roluna görə Nicole Kidman-ın “ikinci ən yaxşı aktrisa” mükafatına namizədliyi irəli sürülüb

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Britaniyalı aktyor Dev Patel də “Aslan” filmindəki roluna görə “ikinci ən yaxşı aktyor” mükafatını qazanıb. Filmdə onun tərəf müqabili Nicole Kidmandır.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Michael Williams “Sahildə Manchester” filmindək iroluna görə “ikinci ən yaxşı aktrisa” nominasiyasına namizəd olub.

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Michael Williamsla birgə filmdə Casey Affleck çəkilib.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

“50 çalar daha tünd” filminin ulduzu Jamie Dornan da BAFTA mükafat mərasiminə xanımı Amelia Warnerlə təşrif buyurub.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

“Gecə canlıları” filminin rejissoru Tom Ford.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Görkəmli mükafatı Ken Loachın “Mən Daniel Blake” dramı qazanıb. Film müavinət hesabına yaşayan orta yaşlı kişinin buna bənzər problemlərlə yaşayan tək ana ilə tanışlığından bəhs edir.

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

BAFTA mərasiminə ilk gələnlər arasında gecənin aparıcısı, aktyor-yazıçı Stehhen Fry olub .

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı,

Mərasim başlayana qədər qırmızı xalıda Cirque du Soleil artistləri çıxış ediblər.