Hindistan kosmosa eyni anda 104 peyk buraxıb

Şəklin mənbəyi, ISRO
Hindistan bir raketin köməyilə kosmosa bir dəfəyə 104 peyk göndərməklə dunya rekorduna imza atıb.
Bundan əvvəlki rekord Rusiyaya aid idi. Rusiya 2014-cü ildə kosmosa eyni anda 37 peyk buraxmışdı.
Bütün peyklər, 3-ü istisna olmaqla digər ölkələrdə istehsal olunub. Onlardan 96-sı ABŞ şirkətinə məxsusdur. Burada söhbət kiçik ölçülü peyklərdən gedir.
Raketlər ölkənin şərqində yerləşən Benqal korfəzindəki Şriharikot adasındakı Satish Dhawan kosmik mərkəzindən buraxılıb.
Ekspertlərin sölərinə görə, bu hadisəni tarixi hadisə kimi qeyd olunması təkcə peyklərin sayına görə deyil, həm də Hindistanın kosmik təhqiqatlar bazarında özünü əsas fiqur olmaq ambisiyası kimi də qiymətləndirmək olar.
Raketin bortunda xüsusilə hind kartoqrafik peyki yerləşdirirlib, hansı ki onun vasitəsilə kosmosdan şəkillər çəkmək mümkündür. Bu raketdən Kəşmirdəki münaqişənin müşahidəsində istifadə olunacağı ehtimal olunur.
Bu il Hindistan hökuməti kosmik proqram büdcəsini əhəmiyyətli dərəcədə artırıb və hətta Veneraya missiya göndərmək planları olduğunu bəyan edib.

Britaniya mətbuatı: Bəşəriyyət bircə ildə planetdən yox ola bilər
Bu günə olan Britaniya qəzetlərinin icmalı.