Çində silahlı hücum 5 nəfərin ölümünə səbəb olub

Синьцзян

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Çoxlu müsəlmanların yaşadığı Sinszyan Çinin ən qeyri sabit regionudur

Çinin Sinszyan-Uyğur Muxtar Rayonunda 3 nəfərin bıçaqla hücum etməsi nəticəsində 5 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Hücum edənlərin üçü də öldürülüb.

Belə silahlı hücumlar rayonda baş verən ilk hadisə deyil.

Yerli rəhbərlikdən verilən məlumata görə, hücum edənlər polislər tərəfindən zərərsizləşdirlib. Hücumun səbəbləri məlum deyil.

Bir qədər əvvəl Çin rəhbərliyi bu cür hücumlarda müsəlman separatçıları ittiham etmişdi.

Sinszyan rəhbərliyi tərəfindən yayılan bəyanatda hücum edənlər "baş kəsənlər" adlandırlıb.

"Hazırda sakitlikdir, əhali də sakitdir. Təhqiqat aparılır"-deyə məlumatda bildirilib.

10 milyon müsəlman uyğurun yaşadığı Sinszyan Çinin ən qeyri-sabit regionlarından hesab olunur.

Uyğur separatçıları Şərqi Türküstan müstəqil dövlətinin yaradılması uğrunda mübarizə aparırılar.

Bu yolda onlar həmçinin zorakılıq vasitələrindən istifadə edirlər.

Hüquq müdafiə təşkilatlarının qənaətinə görə qanlı qarşıdurmada rəsmi Pekin də məsuliyyət daşıyır.

Çin hökuməti uyğurların kütləvi həbsində, onların mədəniyyətinə və dini haqlarına qadağa qoymaqda ittiham olunur.