Beynəlxalq Mətbuat Fotosu 2017: Rus səfirinin öldürüldüyü şəkil mükafat qazanıb

Beynəlxalq Mətbuat Fotosu 2017-nin qalibləri müəyyən olunub. 80.000 foto arasından seçilən qalib şəkillərdən bəzilərini təqdim edirik.

Diqqət: Bəzi şəkillər narahatedici məzmun daşıyır.

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov-un qətli fotosu, Beynəlxalq Mətbuat Fotosu 2017-də ilk yeri tutub.

19 dekabr 2016-cı ildə Ankarada yerləşən İncəsənət Qalereyasında çəkilən şəkilin müəllifi, Associated Press fotoqrafı Burhan Özbilicidir. Fotoda səfiri öldürən türkiyəli polis Mevlut Mert Altıntaş, əlində silahla əks olunub.

Şəklin mənbəyi, Burhan Ozbilici/AP

Münsiflərdən Stuart Franklin, Özbilicinin şəkilini tərifləyib: "Hesab edirəm ki, bu çəkilməsi son dərəcə çətin bir şəkildir və xəbər mövzusu üçün əla vasitədir. Bu təkcə foto yox, həm də əsl xəbər mövzusu idi və düşünürəm ki, Burhan, son dərəcə cəsarətli adamdır ki, həmin qorxulu vəziyyətdə özünü sakit saxlayaraq mükəmməl bir iş ərsəyə gətirib."

Özbilici həmçinin, Ana Xəbərlər, Süjetlər və hadisə ilə bağlı Türkiyədə Sui-qəsd (An Assassination in Turkey) adlı sənədli filmlə təltif olunub.

Beynəlxalq Media Fotosu mükafatı, 1955-ci ildən mövcuddur. Bu il münsiflər mükafatları, 25 ölkədən 45 fotoqrafa səkkiz kateqoriya üzrə təqdim ediblər.

New York Times-dan Daniel Berehulak Ümumi Xəbərlər (Süjetlər) üzrə ilk yeri qazanıb. Bu yerə o, Onlar Bizi Heyvanlar kimi Qırırlar (They Are Slaughtering Us Like Animals) adlı və Manila, Filippində narkotik vasitə ilə iddiası ilə məhkum olan insanların polis şöbəsində çəkilən fotosu əsasında layiq görülüb.

Şəklin mənbəyi, Daniel Berehulak for The New York Times

Le Monde üçün çalışan Getty Reportyoru Laurent Van der Stockt, Ümumi Xəbərlər (Tək xəbərlər) üzrə bu şəkilinə görə birinci yeri tutub.

Şəkildə İraq Xüsusi Əməliyyat Güclərinin Mosulun şərq rayonu Qoqcali-da 2 noyabr 2016-cı ildə evlərdə apardığı axtarış göstərilib.

Şəklin mənbəyi, Laurent Van der Stockt/Getty Reportage

New York Times-dan Sergey Ponomarev Ümumi Xəbərlər (Süjetlər) üzrə, 12 noyabrda Qayyara-da yanan neft yataqları fonunda Mosulda döyüşdən qaçan ailə şəkilinə görə, ikinci yerə layiq görülüb.

Şəklin mənbəyi, Sergey Ponomarev for The New York Times

Valeri Melnikov Ukraynanın Qara Günləri (Black Days of Ukraine) adlı fotosu əsasında Uzun Müddətli Layihələr üzrə qalib seçilib.

Şəkildə Lugansk yaxınlığında kəndə edilən hava hücumu nəticəsində yanan evdən qaçan cütlük təsvir olunub. Bu, Rossiya Segodnya adlı Rusiyanın beynəlxalq xəbər agentliyi üçün çəkilən fotolar seriyasına aiddir.

Şəklin mənbəyi, Valery Melnikov/Rossiya Segodnya

Eyni kateqoriya üzrə ikinci yeri, Panos Pictures-dən Bir İran Səyahəti (An Iranian Journey) adlı şəklinə görə Hüseyn Fatemi tutub.

İllər ərzində Fatemi, gündəlik həyatın bəzi ən az diqqət verilən yanlarını lentə alaraq, İranın ziddiyyətli cəmiyyətini təqdim etməyə çalışıb. Şəkildə iki gənc qadının rəqsini görmək olur.

Şəklin mənbəyi, Hossein Fatemi/Panos Pictures

Amber Bracken Müasir Məsələlər (Süjetlər) üzrə, Şimalı Dakotada Sioux Yerli Amerika qoruğunda yerləşən Standing Rock-da salınan yeni neft borusuna etiraz edən işçiləri lentə aldığı layihə əsasında ikincilik əldə edib.

Şəkildə Cannon Ball yaxınlığında 1806 magistral yolunda qurulan polis blokadasında gözyaşardıcı qaz sıxılan kişinin, maqneziya südü ilə müalicəsi əksini tapıb.

Şəklin mənbəyi, Amber Bracken

Yamaykalı Usain Bolt, 2016-cı il Rio de Janeyroda baş tutan Olimpiadada 100 metrlik qaçış üzrə yarımfinal yarışında qaçarkən arxaya baxıb gülümsəyir. Bu an isə Kai Oliver Pfaffenbach tərəfindən lentə alınır. Bu, İdman (Tək xəbərlər) üzrə üçüncü yeri tutub.

Şəklin mənbəyi, Kai Oliver Pfaffenbach/Reuters

Francis Perez, bu fotoya görə Təbiət (Tək xəbərlər) üzrə qalib gəlib.

2016-cı ilin iyunun 8-də çəkilən şəkildə, Kanar Adalarında Tenerife sahillərində balıq toruna ilişən dəniz tısbağası əks olunub.

Şəklin mənbəyi, Francis Perez

National Geographic Jurnalının fotoqrafı Brent Stirton, Təbiət (Süjetlər) üzrə Kərgədan Savaşları (Rhino Wars) əsasında ilk yerə sahib çıxıb.

Bu şəkildə, biri 19, digəri 28 yaşında iki kərgədan ovçusu, Mozambikdə Kruger Milli Parkı sərhədi yaxınlığında ovçuluğa qarşı dəstə tərəfindən tutulub və yerli dustaqxanada qeydiyyatdan keçməyi gözləyirlər.

Şəklin mənbəyi, Brent Stirton/National Geographic

Təbiət (Süjetlər) üzrə ikinci yeri, National Geographic Jurnalının digər üzvü Ami Vitale, Pandalar Vəhşiləşib (Pandas Gone Wild) adlı şəkili əsasında qazanıb.

Şəkil, Ye Ye adlı 16 yaşlı böyük panda, Wolong Təbiət Qoruğunda istirahət edərkən lentə alınıb.

Şəklin mənbəyi, Ami Vitale/National Geographic

Rusiyanın Pravoslav məzhəbində kahinlik dərəcəsinə çatmaq üçün, ilk öncə ya rahib olmalı, ya da evlənməlisən. Burada Vladimir, Vittoriya ilə evlənir. Francesco Comello tərəfindən çəkilən bu foto, Gündəlik Həyat (Süjetlər) üzrə üçüncü yerə sahib çıxıb.

Şəklin mənbəyi, Francesco Comello

Kubadakı Las Tunas əyalətində Fidel Kastronun külləri keçdikdən sonra, yük maşınları uşaqları evlərinə aparır. Tomas Munita-nın fotosu Gündəlik Həyat (Süjetlər) üzrə qalib seçilib.

Şəklin mənbəyi, Tomas Munita/The New York Time

Kubada yaşayan və qarışıq irqə sahib olmayan Koreya əsilli Olqa və Adelina Lim Hi bacıları, Michael Vince Kim-in obyektivində. O, İnsanlar (Süjetlər) üzrə birincilik əldə edib.

Qadınların babaları İm Çeon Taek Kubadakı ən erkən Koreya cəmiyyətinin aparıcı simalarından biri olub.

Şəklin mənbəyi, Michael Vince Kim

Qaliblər və finalçılar Amsterdamda 2017-ci il aprelin 20-i açılacaq sərgidə nümayiş olunacaq.

Mükafat qazanan bütün fotolara buradan baxa bilərsiniz: www.worldpressphoto.org.