BMT Trump-a iki-dövlətli həll prinsipi üzrə xəbərdarlıq edib

US President Donald Trump (R) and Israel Prime Minister Benjamin Netanyahu (L) shake hands during a joint news conference at the East Room of the White House

Şəklin mənbəyi, Getty Images

Beynəlxalq Millətlər Təşkilatının (BMT) rəhbəri ABŞ prezidenti Donald Trumpa İsrail-Fələstin münaqişəsinə iki-dövlətli həlldən çəkinməsinə dair xəbərdarlıq edib.

Donald Trump-ın ABŞ-ın onillərlə dəstəklədiyi iki-dövlətli həll prinsipinə qarşı çıxaraq sülhə hər-hansı çözümü dəstəkləyəcəyini deməsinə BMT baş katibi Antonio Guterres cavabında iki-dövlətli həllə "alternativ yoxdur" deyib.

Cənab Trump-ın Fələstin dövlətçiliyinə dəstəyini tərk etmə ehtimalı fələstinlilərlə narahatlığa səbəb olub.

İsrael-Fələstin sülh danışıqlarının son mərhələsi sonuncu dəfə 2014-cü ildə uğursuzluqla nəticələnib.

İsrail baş naziri Benyamin Netanyahu ilə çərşənbə günü birgə çıxışında cənab Trump "əla" sülh razılaşmasını əldə edəcəyinə vəd edib.

Lakin o, hər iki tərəfin güzəşt etməsinin lazım olduğunu deyib.

"Mən iki dövlətə və bir dövlətə baxıram və mən hər iki tərəfin bəyəndiyini bəyənirəm", cənab Trump çıxışında deyib.

Cənab Netanyahu və prezident Trump-ın birgə mətbuat konfransından sonra BMT baş katibi Antonio Guterres beynəlxalq cəmiyyəti iki-dövlətli həlli reallaşdırmağa əlindən gələni etməyə çağırıb.

O, münaqişəyə başqa həll olmadığını deyib.