Zəhərlənmiş qardaş, yeni nazir, zirehli maşın - həftə 5 fotoda

Keçən həftə baş vermiş hadisələr 5 fotonun diliylə.

Şəkil

Şəklin mənbəyi, AFP

1. Şimali Koreya lideri Kim Jong-un-un atabir qardaşı Kim Jong-nam Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən aeroportda öldürülüb.

Cənubi Koreya kəşfiyyatı cənab Kimin qətlində Şimali Koreyanı təqsirləndirib və iddia edib ki, şimali rəqibləri cənab Kimi illərlər öldürmək niyyətində olublar, lakin o, Çin tərəfindən qorunub.

Hazırda bu iddiaları əsaslandıran dəlil yoxdur və Pxenyan bu barədə şərh verməyib.

Şəklin mənbəyi, APA

2. Azərbaycanda Nəqliyyat və Rabitə və Yüksək Texnologiyalar nazirlikləri birləşdirilərək yeni bir nazirlik yaradılıb.

Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Şəklin mənbəyi, Sharifulin Valeri, ТАСС

3. Türkmənistanda keçirilən prezident seçkilərində hazırkı prezident Qurbanqulu Berdiməhəmmədov qalib gəlib. Yerli Mərkəzi Seçki Komissiyasının məlumatına görə prezident 98 faiz səs toplayıb.

Şəklin mənbəyi, Müdafiə Sənayəsi Nazirliyi

4. Çərşənbə axşamı Azərbaycan Müdafiə Sənayəsi Nazirliyi Tufan zirehli maşının təqdimatı keçirib.

Zirehli maşının "yalnız aqreqat və şassi hissələrində donor detallardan istifadə" olunduğunu deyən nazirlik, Tufanın "100 faiz Azərbaycan dizaynerlərinin və mühandislərinin kreativ" fikirləri və təcrübəsi ilə istehsal olunduğunu vurğulayıb.

Şəklin mənbəyi, AFP

5. Pakistanın Sind əyalətinin Sehvən şəhərində müqəddəs sufi Lal Şahbaz Qələndər ziyarətgahında bir bombaçı özünü inanclılar arasında partladaraq 100-ə yaxın insanın ölümünə səbəb olub.

Uşaqlar daxil olmaqla, yüzlərlə insan yaralanıb. Özülü İslam Dövləti (İD) adlandıran qruplaşma hücumu həyata keçirdiyini deyib.