Çin kömür ixracını dayandırmaqla Pxenyana təzyiq göstərir

This picture taken on 14 December 2012 from China's northeastern city of Dandong, looking across the border, shows a North Korean military officer (R) and a North Korea man (L) standing behind a pile of coal along the banks of the Yalu River in the northeast of the North Korean border town of Siniuju. Fotonun müəllifi Getty Images

Çin Şimali Koreyanın son raket sınağına görə Pxenyan üzərinə təzyiqi artırmaq məqsədilə bu ölkədən bütün daş kömür idxalını dayandırıb.

Çinin Ticarət Nazirliyi bildirib ki, idxal qadağanı 2017-ci ilin sonunadək qüvvədə olacaq.

Bundan bir həftə əvvəl Çinin Şimali Koreyadan göndərilmiş 1 milyon dollarlıq daş kömürü geri qaytardığı xəbər verilmişdi.

Şimali Koreyanın yeganə müttəfiqi olan Çinin qadağanı Pxenyanı nüvə proqramını dayandırmağa məcbur etmək məqsədi güdür.

Daş kömür Şimali Koreyanın ən böyük ixrac xammalıdır və onun kövrək iqtisadiyyatı bu ixracdan asılıdır.

Bundan bir qədər əvvəl Şimali Koreya başçısı Kim Jong-un-un atabir qardaşı Kim Jong-nam Malayziya hava limanında müəmmalı şəkildə öldürülüb.

Cənubi Koreyanın Yonhap agentliyinin verdiyi xəbərə görə Çin Şimali Koreyadan sözü gedən 1 milyon dollarlıq kömürü fevralın 13-də qaytarıb.

Bundan bir gün əvvəl Şimali Koreya BMT qətnamələrini pozaraq ortamənzilli ballistik raket sınağını həyata keçirmişdi.

ABŞ prezidenti Donald Trump hələ inaqurasiyasından əvvəl demişdi ki, Çin Şimali Koreya üzərində tam nüfuza malikdir və bu problemi də o həll etməlidir.

"Əgər onlar bu problemi həll etməsələr, biz ticarəti Çin üçün çox çətin edəcəyik" - demişdi Trump Fox telekanalına.

Çin ötən il bəzi kiçik istisnalarla Şimali Koreyadan bütün daş kömür idxalını dayandıracağını bəyan etmişdi.

Lakin buna baxmayaraq Çinin özündən alınan məlumatlara görə bu idxal son 12 ayda 12 faiz artıb.

Bu barədə daha geniş