Avtomobil təkərləri "okeanları çirklədir"
- Helen Briggs
- BBC Muxbiri

Şəklin mənbəyi, Thınkstock
Avtomobil təkərlərindəkı aşınmanın okeanlarda çirklənmə yaratdığı bildirilir
Beynəlxalq Təbiəti Mühafizə Birliyi IUCN, təkərlər və tekstil məhsullarındakı aşınmadan yaranan mikroplastiklərin dənizləri, bəzi bölgələrdəki daha böyük plastik tullantılarından çox çirkləndirdiyini bildirib.
Birliyin hesabatında, hər il okeanlara yayılan 30% plastik hissələrinin suda həll olmasından deyil, mikroplastiklərdən qaynaqlandığını göstərilib.
Mikroplastiklərin əsas mənbəyi isə, yumşalan avtomobil təkərləri və sintetik tekstil məhsullarıdır.
IUCN, okeanlara atılan 9.5 milyon ton plastikin hansı ölçüdə mikroplastiklərdən qaynaqlandığını ölçmək üçün, dünya üzrə yeddi bölgədən alınan məlumatları nəzərdən keçirib.
Bunun 15 və 31% arasındakı hissəsinin, mikroplastiklərdən və bunun da üçdə birinin sintetik tekstil məhsulları yuyularkən və avtomobil təkərləri maşınlar sürülərkən yaşanan aşınma nəticəsində əmələ gəldiyi müəyyən olunub.
'Həqiqi xəbərdarlıq'
Bir sıra plastikdən hazırlanan sintetik təkərlər, maşın şinlərinin 60%-ni təşkil edir.
IUCN baş direktoru İnger Andersen, hesabatın "həqiqi bir xəbərdarlıq" olduğunu vurğulayıb.
"Gündəlik fəaliyyətlərimiz, paltar yumamız, avtomobil sürməyimiz, okeanlarımızı dolduran kirlənməni daha da artırır. Bunun okeanlardakı zəngin yaşam müxtəlifliyi və insan sağlamlığı üçün potensial mənada faciəvi nəticələri ola bilər," Andersen deyib.
IUCN-in təklif etdiyi həll yollara, sintetik tekstil məhsullarının daha az lif tökən şəkildə hazırlanması, istifadə olunan materiallar və istehlakçı davranışının dəyişdirilməsi daxildir.