Almazlarla birlikdə tərk edilən qəsəbə

Namibiyada yerləşən Kolmanskop qəsəbəsi, bir vaxtlar dünyanın ən zəngin yeri olub. Cənub yarımkürəsində ilk rentgen aparatı buradakı xəstəxanada istifadə olunub. İndi isə qəsəbə sanki səhrada basdırılıb.

Kolmanskop qəsəbəsi
Şəklin alt yazısı,

Qərbi Afrikanın Namibiya səhrasının cənubunda yerləşən kiçik Kolmanskop qəsəbəsinə artıq qum hakimdir. Bu yıxılmaqda olan binalarla dolu yerin, bir zamanlar ən zəngin cəmiyyətlərdən olduğuna inanmaq çətindir.

Şəklin alt yazısı,

Lakin, 100 il əvvəl Kolmanskop qəsəbəsi bir izdihamlı almaz mədəninə ev olub. Qəsəbənin yüksəliş dövründə bu qiymətli daşı tapmaq o qədər asan olub ki, hətta, ayaq altından da yığmaq olurmuş. Əllərində cem bankaları olan işçilər, onları almazla doldurarlarmış. Lakin, almaz bitdikcə, insanlar köçməyə başlayırlar. Bu gün isə Kolmanskop, De Beers şirkəti və Namibiya dövlətinin birgə müəssisəsi Namdeb Almaz Korporasiyası tərəfindən idarə olunan qadağan olunmuş bölgədə yerləşir. Amma, düzgün icazə ilə insanlar buraya rahatlıqla girə bilirlər. Günəşli qəsəbə, turist və fotoqrafların baş çəkdikləri bir yerə çevrilib. Fotolar, dəyişən sənaye və iqtisadiyyatın torpaq üzərində qoyduğu izlərin bariz nümunəsi bizə çatdırır.

Şəklin alt yazısı,

Kolmanskop adı, öküz qoşqulu araba sürücüsü Johnny Coleman adından götürülüb. O, öz arabasını qum tufanı zamanı ərazinin yaxınlığına qoyub qaçıb. Tədricən qəsəbə, qəssablar, çörəkçilər, buz fabriki, poçt, bir neçə bar, boulinq meydançası, yaxşı təchiz olunmuş xəstəxana və Avropadan opera şirkətlərinin gəlib ifa etdikləri konsert zalı ilə dolur.

Şəklin alt yazısı,

Yerli hekayələrə əsasən, Zacherias Lewala adlı dəmiryolu işçisi torpaqdakı sərvəti ilk dəfə 1908-ci ildə, yaxınlıqdakı sahil qəsəbəsi Lüdertizə gedən relsləri təmizləyərkən aşkarlayır. O, tapdığı qəribə daşları öz nəzarətçisi August Stauch-a göstərir. Stauch almaz şirkəti De Beers-in keçmiş işçisi olubmuş.

Şəklin alt yazısı,

Cənub yarımkürəsində ilk rentgen aparatı bu yaxşı maliyyələşdirilən xəstəxanada istifadə olunub.

Şəklin alt yazısı,

Bu ev, müsahibə məxsus olub. Evlərin əksəriyyəti alman üslubunda tikilib.

Şəklin alt yazısı,

Almaz mədənləri regionda hələ də mövcuddur, amma, əsasən, işlər sahil tərəfdə davam etdirilir. Artıq qiymətli daş, sahildən bir neçə kilometr aralı – dənizin dibindən çıxarılır.

Şəkillərdə: Almaz izində olan kişilərdən biri

Sierra Leone-də almaz izində olan kişilərin şəkilləri