Norveç avia şirkəti 65 dollara ABŞ-a uçuşlar təşkil edir

təyyarə

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Bu gün Dublindən New-Yorka transatlantik reysin qiyməti 655 dollardan 2755 dollara qədərdir

Norveçin Norwegian Air Shuttle ASA avia şirkəti yeni tariflər təqdim edib. İyulun ortasından başlayaraq şirkət 65 dollara birtərəfli transatlantik reyslər təşkil edir.

Bu qiymətə New-York və California aeroportlarından Böyük Britaniyanın və İrlandiyanın bir neçə istiqamətində uçmaq olar. Bu reysdə ən ucuz biletin qiyməti 65 dollardır. Standart biletin qiyməti isə 99 dollar təşkil edir.

Hazırda Dublindən New-York-a transatlantik reysin qiyməti 655 dollardan 2755 dollara qədər dəyişir.

"Mən özümə lazım olanı ödəyirəm, siz isə özünüzə lazım olanı. Biz təyyarənin digər sərnişinlərə lazım olanı ödəmirik ", - deyə şirkətin rəsmi nümayəndəsi Anders Lindstream tarifi belə reklam edib.

Lakin o, nəyin sayəsində qiymətlərin aşağı salınmasına açıqlama verməyib.

Norwegian Air Shuttle ASA şirkətinin fəaliiyəti artıq neşə ildir ki, ABŞ şirkətləri tərəfindən etirazla qarşılanır. Norveç şirkəti dempinqdə (biletləri ucuz satmaqda) ittiham olunur.