Avstraliyalı "İD raket planına görə" həbs olunub

Çərşənbə axşamı günü həyata keçirilən həbs 18 ay ərzində davam etdirilən polis araşdırmasının nəticəsidir.

Şəklin mənbəyi, 9news.com.au

Şəklin alt yazısı,

Çərşənbə axşamı günü həyata keçirilən həbs 18 ay ərzində davam etdirilən polis araşdırmasının nəticəsidir.

Avstraliya polisi özünü İslam Dövləti (İD)adlandıran qruplaşmaya raket texnologiyası ilə bağlı məsləhət verməkdə şübhəli bilinən şəxsi həbs edib.

Baş nazir Malcolm Turnbull 42 yaşlı Haisem Zahab-ın çərşənbə axşamı günü Yeni Cənubi Uels ştatındakı Young şəhərində həbs olunduğu deyib.

İddia edilir ki, peşəkar elektrikçi İD-ə uzaqmənzilli raket texnologiyasının inkişaf etdirilməsilə bağlı kömək edirmiş.

O, həmçinin hücumlar barədə erkən xəbərdarlıq üçün lazer sisteminin yaradılması üzərində işləyirmiş.

Həbs Avstraliyada hazırlanan hücumla bağlı deyil, Malcolm Turnbull bildirib.

Avstraliya polis qüvvələrinin rəisi "təkbaşına hərəkət edən" şübhəlinin məsləhətlərinin "yaxşı planlaşdırılmış" olduğunu bidlirib.

Şəklin mənbəyi, EPA

Şəklin alt yazısı,

Baş nazir Malcolm Turnbull şübhəlinin cənubdakı Young şəhərində həbs olunduğu deyib.

Hərçənd ki, Andrew Colvin-in sözlərinə görə, şəxsin lazer və raket texnologiyası sahəsində bilavasitə təcrübəsi olmayıb.

Çərşənbə axşamı günü həyata keçirilən həbs 18 ay ərzində davam etdirilən polis araşdırmasının nəticəsidir.