Hüsni Mübarək kim idi?

Hüsni Mübarək Fotonun müəllifi Reuters

Misirin sabiq prezidenti Hüsni Mübarək 91 yaşında Qahirədə vəfat edib, dövlət televiziyası bildirib.

O, 2011-ci ildə baş verən xalq çevrilişi ilə 30 illik hakimiyyətindən əl çəkməli olur.

Mübarək inqilab zamanı etirazçıların öldürülməsində günahkar bilinib. Lakin onun məhkumluğu ləğv edilib və o, 2017-ci ilin martında azad edilib.

Onun hərbi xəstəxanada öldüyü deyilir. O yanvar ayında əməliyyat olunmuşdu. Ölümündən bir neçə gün əvvəl oğlu Alaa onun reanimasiya şöbəsində müalicə aldığını qeyd edib.

Hüsni Mübarək hərbçi olsa da, Misirin prezidenti postunda daim sülhə can atıb.

Onun hakimiyyəti altında Misir, Yaxın Şərq münaqişəsində sülh axtarışında olan bir ölkəyə çevrilir. Ölkənin İsrail ilə münasibətləri də yaxşılaşır.

Lakin Mübarək, siyasi rəqiblərinə qarşı fövqəladə təsir və ölkədəki korrupsiyaya qarşı mübarizə istəyinin olmamasında tənqid edilirdi.

Hərbi təyyarəçi

Məhəmməd Hüsni Səid Mübarək, 1928-ci il mayın 4-ü Misirin şimalında yerləşən Manufiyə qubernatorluğunun Kəfr əl-Müsilxa kəndində doğulub.

Fotonun müəllifi Getty Images
Image caption 1952-ci il. Gənc Hüsni qırıcı bölüyə təyin edilir

O, kasıb ailənin övladı olsa da, 1949-cu ildə hərbi akademiyanı fərqlənmə ilə bitirir və leytenant rütbəsini qazanır. 1952-ci ildə isə Mübarək qırıcı bölüyə təyin edilir.

O, 1959-cu ildə Misir hakimiyyətinin əsas silah təchizatçısı Sovet İttifaqına baş çəkir. Burada o, reaktiv cəbhə bombardmançısı İL-28 pilotu hazırlanması üzrə kurs keçir.

"Qiyamət Günü" müharibəsi

İkinci dəfə Mübarək 1964-65-ci illərdə SSRİ-ə gəlir. O, Misir hərbi nümayəndə heyətinin tərkibində Frunze adına Hərbi Akademiyada kadr hazırlığı kursunu keçir.

1965-ci ildə Hüsni Mübarək aviasiya briqadasına rəhbərlik edir və Qahirədəki aviabazanın başçısı vəzifəsində işləyir.

1969-cu ildə prezident Qamal Abdul Nasir Mübarəki Misir Hərbi Hava Qüvvələrinin Qərargah rəisi təyin edir.

1972-ci ildə Mübarək, Misir Hərbi-Hava Qüvvələrinin komandiri və Müdafiə naziri köməkçisi vəzifəsinə təyin edilir. 1973-cü ildə o, aviasiyanın əsas marşalı rütbəsini qalxır.

Misir Hərbi-Hava Qüvvələrinin komandiri və Müdafiə naziri köməkçisi vəzifəsində olan Mübarək, 1973-cü ildə "Qiyamət Günü" müharibəsinin başlanğıcında Sinay yarımadasına İsrailin edə biləcəyi ani hücumlara qarşı hazırlıqlarda əsas rolu oynayır.

Müharibə Misir və onun müttəfiqlərinin məğlubiyyəti ilə başa çatır. Lakin, müharibədə iştirakına görə Hüsni Mübarək, milli qəhrəmana çevrilir.

Qəsd

İki il sonra, o, vitse-prezident postuna təyin olunur.

Mübarək, 1979-cu ildə Misir ilə İsrail arasında əldə olunan Camp-David sülh danışıqlarında iştirak edir.

Bu razılıq, cəmiyyətdə narazılığa səbəb olur. "Müsəlman qardaşları" kimi radiklar qruplaşmalar buna etiraz edir və onların 1981-ci ildə hazırladığı qəsd nəticəsində prezident Sədat ölür.

Fotonun müəllifi Alain MINGAM/Getty Images
Image caption Mübarəkin vitse-prezident kimi təyinatı ona prezidentlik yolunu açdı

Prezidentin yerinə seçkilərdə yeganə namizəd olan və 98% səs toplayan Hüsni Mübarək gəlir.

Yeni prezident də radikal qruplaşmaları qarşısına alaraq, Camp-David sazişindən imtina etmir.

"Amerikanın kuklası"

SSRİ-də hərbi hazırlıq keçməsi və rus dilini bilməsinə baxmayaraq, Mübarək Qərb ilə münasibətləri yoluna qoymağa can atırdı.

Rəqibləri Mübarəki "Amerikanın kuklası" adlandırdıqları halda tərəfdaşları, çaxnaşma içində olan Yaxın Şərqin mərkəzində yerləşən Misirə onun hakimiyyətinin bəxş etdiyi stabillikdən həzz alırdılar.

Fotonun müəllifi Anadolu Agency/Getty Images
Image caption Misir İraqa qarşı beynəlxalq sanksiyaları dəstəklədikdən sonra onun təndiqçiləri onu "Amerikanın kuklası" adlanırdı

Misir 1979-cu ildə Ərəb dövlətləri liqasından çıxarılır və 10 il sonra yenidən qəbul edilir. Təşkilatın əsas ofisi yenidən Nil sahilinə qayıdır.

Eyni zamanda, Misirdə müxalif partiyalara qarşı repressiv münasibət yaşanır, dissidentlər həbs olunurdular. Seçkilər saxtakarlıqla baş tuturdu.

Fotonun müəllifi AFP
Image caption Ənvər Sədata qarşı qəsd, Mübarəki prezident postuna yeganə namizəd edir

İraq

1991-ci ildə İraqın Küveyti işğalı Mübarək üçün bir zərbə olur, belə ki, o, Səddam Hüseynin Küveytə hücum etməyəcəyi barədə ona şəxsən verdiyi söz verdiyini təsdiqini tapmır.

Misir İraqa qarşı beynəlxalq sanksiyaları dəstəkləyir və Səddama qarşı olan koalisiyaya hərbi yardım edir. Səddam isə öz növbəsində Mübarək hakimiyyətinin devrilməsinə səslənirdi.

Səddama qarşı tutduğu mövqe ölkəyə xeyir gətirir. Ölkənin milyardlarla dollar həcmində olan borcları bağlanır. Lakin, 12 il sonra Mübarək, Birləşmiş Ştatların İraqa hücumunu tənqidlə qarşılayır.

Misirdə vəziyyət sakit olsa da, adi insanların həyat səviyyəsi aşağı olaraq qalırdı. Mübarək, xarici investisiyaları ölkəyə cəlb etməyi bacararaq insanları sakitləşdirə bilir.

Mübarək, 1987, 1993 və 1997-ci illər seçkilərində yeganə namizəd olaraq qələbə qazana bilir. 2005-ci il seçkilərində isə rəqibləri peyda olur.

İstefa

Getdikcə Mübarək, xarici dövlətlərdən tez-tez ölkədə demokratiyanın inkişafı üçün şərait yaratması ilə bağlı sözlər eşidirdi.

2011-ci ildə Tunisdən təsirlənərək Misirdə də irimiqyaslı etiraz nümayişləri baş qaldırır.

Etirazlar bir neçə həftə davam edir. İnsanlar yoxsulluq, korrupsiya, işsizlik və rejimin şəxsi gücündən narazı idilər.

Mübarək gələn seçkilərdə iştirak etməyəcəyinə dair söz versə də, bu, insanları qane etmir.

18 günlük etirazlardan sonra o, ölkənin prezidenti postundan istefa verir. Dörd ay sonra isə sağlamlığı yaxşı vəziyyətdə olmayan Mübarək məhkəmə qarşısına çıxmalı olur.

2011-ci ilin avqustun 3-ü baş tutan məhkəmənin ilk dinləməsində Mübarək, ona qarşı edilən korrupsiya və etirazçıları öldürmək cəhdləri ilə bağlı ittihamlara xəstəxana xərəyində qulaq asmalı olur.

2012-ci ilin iyununda Mübarək, etirazçıları öldürmək cəhdləri ilə bağlı ittihamlara əsasən ömürlük həbs cəzasına məhkum edilsə də, digər ittihamlar əsassız sayılır.

Məhkəmənin qərarı bir çoxuna yüngül gəlir və Qahirənin küçələrində yenidən etirazlar baş qaldırır.

Fotonun müəllifi Getty Images
Image caption 2011-ci ildə Qahirəni Mübarək hakimiyyətinə qarşı etirazlar dalğası bürüyür

Lakin, altı ay sonra, qərar geri götürülür və yeni məhkəmə proseslərinə başlanılır. 2013-cü ilin avqustunda qərara alınır ki, o, Qahirədə yerləşən hərbi xəstəxanada ev dustaqlığı çəksin.

Noyabrda Hüsni Mübarək, etirazçıların ölümü ilə bağlı ittihamlarda günahsız bilinir.

Mübarək eyni zamanda, korrupsiya ittihamlarında da haqlı hesab olunur.

"Son nəfəsinə qədər"

Hüsni Mübarək, sələfləri Qamal Abdul Nasir və Ənvər Sədat kimi parlaq şəxsiyyət olmasa da, qərar verici siyasətçi kimi ona hörmət edilirdi.

Mübarək, heç də asan olmayan İsrail ilə sülh danışıqları və qonşu ərəb ölkələri ilə vəziyyət arasında tarixi balansı tapa bilmişdi.

Bir dəfə Hüsni Mübarək, son nəfəsinə qədər ölkəsinə qulluq edəcəyi sözünü vermişdi.

2011-ci ilin fevralında o demişdi: "Ürəyimdə əziz olan bu ölkədə mən yaşamışam, onun üçün mübarizə aparmışam və maraqları və azadlığını qorumuşam. Bu torpaqda da öləcəyəm. Digərləri kimi məni də tarix mühakimə edəcək."

Əlaqəli mövzular

Bu barədə daha geniş