Belarus etirazlarında "yüzlərlə fəal" həbs edilib - video
Belarusda minlərlə adam "ictimai parazit" vergisi kimi tanınan, işsizlərə şamil olunan yeni cəriməyə qarşı etiraz edib.
Etirazçılar çevik polis alayına "faşistlər!" şüarını ünvanlayıb. Hadisə yerində olan jurnalistlərə əsasən "yüzlərlə" müxalifət fəalı həbs edilib.
Altı aydan çox işsiz qalanların $230 (392 AZN) cərimələnməsinə qarşı artıq bir neçə kiçik etiraz baş verib.
Prezident Aleksandr Lukaşenko bu il vergini dayandırsa da israr edib ki, vergi ləğv olunmayacaq.
O deyir ki, bu vergi işləmək istəməyənləri intizamlaşdırır - amma etirazçıların fikrincə bu, sadəcə iş tapa bilməyənləri cəzalandırır.

Belarus etirazçıları qadağaya rəğmən "parazit vergisi"nə qarşı etiraz edir
Belarus paytaxtı Minskdə minlərlə adam işsizliyə qarşı yeni vergiyə etiraz etmək üçün yürüşdə iştirak edir. Hadisə yerində olan jurnalistlərə əsasən yüzlərlə fəal həbs edilib.