Almaniyada süni işıqdan enerji mənbəyi kimi istifadə olunur

Almaniyada süni işıqdan enerji mənbəyi kimi istifadə olunur

Almaniya, energetika balansında Günəş enerjisi payının ən yüksək olduğu ölkələrdən biridir.

Lakin ölkənin günəşli günlərinin sayı sabit olmadığı qədər də məhduddur.

Jülich şəhərində yerləşən Aerokosmik Mərkəzində alimlərin yaratdığı unikal texniki sistem diqqəti çəkir – süni Günəş işığı təbii günəşin göndərdiyi işıq şüasının intensivliyini 10000 dəfə üstələyir.

BBC-dən Joe Miller-in xəbər verdiyinə görə, Almaniyanın Şimali Reyn-Vestfaliya vilayətində buludlu hava kömür və küləklə işləyən qurğulara problem yaratmır, lakin Günəş qülləsi fərqli durumdadır.

Aerokosmik Mərkəzinin alimlərini burada tədqiqat aparmağa sövq edən də elə bu amildir.

“Bu qurğu bizi davamlı süni işıqla təmin edir. Bu ərazidə və Almaniyanın qərbində hava şəraiti istədiyimiz kimi deyil. Günəşli günlərin sayı məhduddur. Bu qurğu isə bizi süni işıqla təmin edir”, - layihə rəhbəri Dr Kai Wieghart deyir.

Bu qurğunu dünyanın ən iriölçülü süni günəşi saymaq olar. Qurğu 149 projektordan ibarətdir.

Onların yaratdığı işıq şüasının intensivliyi adi məişət lampasının gücündən 1000 dəfə, Günəşin Yerə göndərdiyi işıq şüasından isə 10 min dəfə güclüdür.

Alimlər bu qurğudan gələcəkdə günəş enerjisilə işləyəcək sistemləri sınqadan keçirmək üçün istifadə edirlər.

“Bu bizim ilk tədqiqatlarımızdan biridir. Gördüyünüz bu avadanlıq Günəş-hidrogen reaktorudur. Bu qurğuda biz suyu tərkib hissələrə parçalayırıq. Məqsəd işıq enerjisini başqa formalara keçirib gələcəkdə istifadəsini mümkün etməkdir”, - Dr Kai Wieghart qeyd edir.

Alimlər bu qurğunun köməyilə, Günəş enerjisi reaktorlarının faydalı iş əmsalını artıracaqlarına ümid edirlər. Aparılan işlərin xərci nisbətən aşağı olsada, bu tədqiqata kommersiya marağının oyanması müəyyən vaxt tələb edə bilər.