İndoneziya: Məhbuslar həbsxananın əsas qapısından qaçıblar

Kaçak mahkumlar

İndoneziyanın Pekanbaru şəhərindəki Sialang Bungkuk həbsxanasında olan onlarla məhbus kütləvi surətdə qaçıb.

Yerli TV kanallarda yayımlanan görüntülərdə məhbusların həbsxananın əsas giriş qapısından qaça-qaça çıxdıqları göstərilir.

Məhbuslar cümə namazı üçün kameralarından çıxmağa icazə verildikdən sonra qaçıblar.

Bu həbsxana 300 nəfər üçün nəzərdə tutulsa da, burada 1900 məhbus və cəmi 5-6 nəzarətçi var.

Qaçan məhbus təxminən üçdə biri yenidən həbs edilib.