İraqda İD-dən yeni ərazilər geri alınıb

Окраины Мосула

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı,

Mosulun şimal-qərbində cəbhə xəttindən görüntü.

İraq hökuməti ilə bağlı şiə döyüşçüləri bildiriblər ki, onlar ölkənin şimal-qərbində özünü İslam Dövləti (İD) adlandıran qruplaşmadan yeni əraziləri geri qaytara biliblər.

Könüllü yaraqlılar bildirirlər ki, onlar Suriya ilə sərhədin yaxınlığında Baac şəhərini ələ keçiriblər.

İraq ordusu hazırda Mosul uğrunda döyüşləri həyata keçirir.