Şəkillərdə: Londonda hücum
Londonda terror qarşı geniş miqyaslı əməliyyat yerindən fotolar.

Şəklin mənbəyi, PA
Şənbə günü axşamı polis furqonun piyadaların üzərinə sürülməsindən sonra London körpüsünü bağlayıb.
Şəklin mənbəyi, PA
Hökümət sakinlərə London körpüsü rayonundan uzaqlaşmağı məsləhət görüb.
Şəklin mənbəyi, Getty Images
Təkcə körpünü deyil, onun ətraf küçələrini də bağlayıblar.
Şəklin mənbəyi, PA
Hadisə yerinə silahlı polis qüvvəsi gətirilib.
Şəklin mənbəyi, AFP/Getty
Hücumdan sonra təcili yardım briqadaları hadisə yerinə cəmi 10 dəqiqə sonra gəlib.
Şəklin mənbəyi, Dominic Lipinski
Polis hadisəni terror hadisəsi kimi araşdırır.
Şəklin mənbəyi, PA
Bir müddət sonra bəlli olub ki, təkcə London körpüsündə deyil, başqa yerlərdə də hadisələr baş verib.
Şəklin mənbəyi, PA
Qələbəlik olan Borough Market passajında da avtofurqonda olan sərnişinlər insanların üzərinə bıcaqla hücum edib.
Şəklin mənbəyi, PA
Polis hadisə nəticəsində bir neçə insanın öldüyünü açıqlayıb.
Şəklin mənbəyi, AFP/Getty
Əvvəlcə 6 nəfərin öldüyü barədə məlumat verilib, daha sonra bu rəqəm 7 olub.
Şəklin mənbəyi, Getty Images
Bazar ertəsi səhərinədək polis hücum edənləri axtarıb.

London: 7 ölümlə nəticələnən hücumdan sonra 12 nəfər həbs edilib
Britaniyanın paytaxtı Londonda ən azı 47 nəfərin yaralanması və 7 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra polis 12 nəfəri həbs edib.