Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır, "ölənlər var"
Londonun qərbində çoxmərtəbəli yaşayış binası yanır, "ölənlər var"
Londonun qərbində gecə saatlarından başlayaraq 24 mərtəbəli yaşayış binasında yanğın davam edir.
Yanğınsöndürmə xidməti yanğında insanların öldüyünü deyib.
BBC müxbirinin sözlərinə görə, bütün bina alovun içindədir.
Lancaster West Estate-də yerləşən Grenfell Towerdə yanğının başlaması barədə məlumat yerli vaxtla saat 00:54-də yayılıb.
Məlumatı ətraflı burada oxuyun: Londonda yaşayış binasını alov bürüyüb, "ölənlər var"

Londonda yanğın: 12 ölü, 78 xəsarət alan var
Londonun qərbindəki yaşayış binasında çərşənbə axşamı gecə saatlarından səhərə gədər baş vermiş yanğında ən azı 12 nəfər ölüb və 78 nəfər xəsarət alıb, təcili yardım xidmətlərinin rəsmiləri bildirib.