Şahzadə George və şahzadə Charlotte-nin Avropaya ilk səfəri

Fotonun müəllifi EPA
Image caption Şahzadə Charlotte və şahzadə George ilk dəfə olaraq valideynlərini Avropa ölkələrinə səfərdə müşayiət edirlər

Cambridge hersoqu və hersoqinyası uşaqları ilə birgə - şahzadə George və şahzadə Charlotte ilə Varşavaya gəliblər. Onların bu şəhərdən Polşa və Almaniyaya 5 günlük rəsmi səfəri başlayır.

Üç yaşlı şahzadə George və iki yaşlı şahzadə Charlotte artıq valideynlərini Kanadaya səfər zamanı müşayiət ediblər. Lakin bu səfər onların Avropaya ilk rəsmi səfəridir.

Кейт и принцесса Шарлотта Fotonun müəllifi EPA
Image caption Şahzadə Chalotte-yə təyyarədən düşməyə anası kömək edib
Кейт с дочерью Шарлоттой Fotonun müəllifi PA
Шарлотта, Кейт и Уильям Fotonun müəllifi EPA

"Hersoq ve hersoqinya bu səfəri çox gözləyirdilər və səfər proqramının gözəlliyindən və müxtəlifliyindən məmnundurlar", -deyə Kensington iqamətgahının mətbuat katibi bildirib.

William və onun xanımı Kate-i uşaqları ilə birgə Varşavanın hava limanında Böyük Britaniyanın Polşadakı səfiri Jonathan Nott və onun xanımı, həmçinin Polşanın Birləşmiş Krallıqdakı səfiri Arkady Zhigotsky qarşılayıb.

Уильям с сыном - принцем Джорджем Fotonun müəllifi PA
Кейт и Уильям в аэропорту Fotonun müəllifi EPA
Кейт и Уильяма в аэропорту встретил посол Британии в Польше с супругой Fotonun müəllifi EPA
Image caption Kate və William-ı hava limanında Böyük Britaniyanın Polşadakı səfiri xanımı ilə birgə qarşılayıb

Peter Hunt - BBC-nin müxbiri

Şahzadə George və şahzadə Charlotte üçün bu səfər yeni olsa da, gələcəkdə onlar belə səfərlərə alışmış olacaqlar.

Hersoq və hersoqinyanın Polşa və Almaniyaya səfəri "Brexit" kontekstində nəzərdən keçirilməsi qaçılmazdır. Bu səfər Böyük Britaniyanın Avropa Şurasını tərk etməsiylə bağlı danışıqlara heç cürə təsir göstərə bilməyəcək. Lakin, Xarici İşlər Nazirliyi bu səfərin ölkələr arasında sıx əlaqələri xatırladaraq "brexit"-dən sonra da bu əlaqələrin qorunub saxlanacağına ümid edir.

Kral ailəsi üzvləri üzərlərinə düşən bu missiyanı müxtəlif Avropa ölkələrini ziyarət etməklə yerinə yetirirlər.

Из аэропорта герцог и герцогиня (на фото слева) Кембриджские отправились на официальный завтрак в президентский дворец, где их встретил Анджей Дуда (справа) Fotonun müəllifi EPA
Image caption Hava limanından prezident iqamətgahına rəsmi səhər yeməyinə yola düşən Cambridge hersoq və hersoqinyasını Ahdrzej Duda qarşılayıb (sağda)

Polşaya səfər zamanı Cambridge hersoqu və hersoqinyasının ölkə prezidenti Andrzej Duda ilə görüşü nəzərdə tutulub. Onlar həmçinin Polşanın faşistlərin işğalından azad edilməsi hərəkatına həsr olunmuş Varşava Üsyanı Muzeyini də ziyarət edəcəklər.

Səfər proqramı çərçivəsində William və Kate-in holokost və nasist repressiyalarının sağ qalan qurbanları ilə görüşü də planlaşdırılıb. Onlar 65 min insanın əzab çəkdiyi və həlak olduğu Stuttof keçmiş nasist konsentrasiya düşərgəsini də ziyarət edəcəklər.

принц Джордж Fotonun müəllifi PA
Polish President Andrzej Duda (2-R) and his wife Agata Kornhauser-Duda (R), Britain"s Prince William, Duke of Cambridge (2-L) and Catherine, Duchess of Cambridge (L) during the official welcome ceremony at the Presidential Palace in Warsaw, Poland, Fotonun müəllifi EPA
Image caption Polşa prezidenti Andrzej Duda və xanımı Agata Kornhauser Duda Kate və William-ı Varşavadakı prezident iqamətgahında qarşılayıblar

.

Əlaqəli mövzular

Bu barədə daha geniş