Saray 4 yaşlı şahzadə George-un yeni şəklini yayıb

Şahzadə Georg

Britaniya kral ailəsi şənbə günü 4 yaşı tamam olan şahzadə George-un ad günü münasibətilə yeni rəsmi şəklinı açıqlayıb.

Şəkil Kensington sarayının İnstagram saytında dərc olunub.

Onu Getty agentliyinin fotoqrafı Chris Jackson iyun ayında çəkib.

İnstaqramda deyilir ki, Cambridge hersoqu və hersoginyası şahzadə George-un yeni şəkillərini bölüşməkdən məmnundurlar.

Onlar həmçinin daxil olan xoş şərhlərə görə minnətdarlığını bildirirlər.

Gənc şahzadənin ad günü şənbə qeyd edilir. Cümə günü ailə Polşa və Almaniyadan qayıdıb.

Bundan əvvəl isə şahzadə George və şahzadə Charlotte valideynlərini Kanadaya səfər zamanı müşayiət ediblər.

Şəklin alt yazısı,

Şahzadə Georg ad günündən əvvəl Polşa və Almaniyada olub.

Şəklin alt yazısı,

Avropaya 5 günlük səfər cümə günü başa çatıb.

Sentyabr ayında şahzadə Georg məktəbə gedəcək.

Bundan əvvəl onun Kensington sarayı yaxınlığındakı Thomas's Battersea məktəbində təhsil alacağı qeyd olunurdu.

Şahzadə George Alexander Louis (Cambridge Şahzadəsi) 2013-cü il iyulun 22-də anadan olub.

O, Britaniya taxt-tacına sırada babası şahzadə Charles və atası şahzadə William-dan sonra növbə ilə 3-cü iddiaçıdır.