Christchurch daşqınları Photoshop əyləncəsinə səbəb olub

Yeni Zelandiyadakı şəhərdə bir fotoqraf yaşanan son daşqınlar zamanı insanların kefini qaldırmağın yolunu tapıb.

Heathcote çayı - Christchurch, Yeni Zealandiya.

Şəklin mənbəyi, Sarah Webber Photography

Şəklin alt yazısı,

36 yaşlı Sarah Webber, Beckenham şəhərinin kənarında yaşayır və hamı kimi o da sərt hava şəraitinə məruz qalıb. "Mənim şəhərim leysan yağışlara məruz qalıb, çay qırağında yerləşən camaatın yaşadığı əraziləi su basıb, bir çox evlərə zərər dəyib", - o, BBC-yə deyib.

Şəklin mənbəyi, Sarah Webber Photography

Şəklin alt yazısı,

"Mən güclü daşqına məruz qalan ərazilərdən birində yaşayıram. Kameramla bayıra çıxıb daşqın mənzərələrini çəkəndən sonra günün sonunadək evdə oturmalı oldum. Həmin müddətdə ağlıma bir fikir gəldi ki, çəkdiyim daşqın görüntülərinə Photoshop üsulu ilə bəzi heyvanları əlavə edim", - Sarah deyib.

Şəklin mənbəyi, Sarah Webber Photography

Şəklin alt yazısı,

Photoshop edilən İlk fiqurlardan biri Loch Ness əjdahası olub. "Mən bizim yaxınlığımızdan axan çayın görüntüsünə Nessie fiqurunu əlavə edib Facebook səhifəmdə paylaşdım. Buna istifadəçilərdən çox sayda reaksiyalar gəldi, onlar məndən başqa heyvanları da şəkillərə əlavə etməyimi istəyirdilər", - Sarah xatırlayıb.

Şəklin mənbəyi, Sarah Webber Photography

Şəklin alt yazısı,

Sarah Webber bu yolla həmin anda çətin vəziyyətə düşmüş sakinlərin kefini bir qədər qaldıra bilir. Yarızarafat hazırladığı fotomontajına belə diqqət yetiriləcəyini gözləmədiyini deyən Sarah qonşularını "biraz güldürmək" istədiyini bildirib.

Şəklin mənbəyi, Sarah Webber Photography

Şəklin alt yazısı,

Bu şəkildəki delfinə baxın. "Camaat məndən daha çox şəkil xahiş edirdi. Buna görə, mən də tez bir zamanda şəkillərin sayını artırdım", - Sarah qeyd edib.

Şəklin mənbəyi, Sarah Webber Photography

Şəklin alt yazısı,

Facebook-da bir çox istifadəçi Webber-in səhifəsinə şərh yazaraq, onun "yumorunu" alqışlayıb. Paytaxt Wellington şəhərinin sakini Cliff Pratt yazıb: "Christchurch-da daşqındır. Suya girməyin. Hətta orada timsah olmasa da belə". Amma o, bir qədər tələsib. Çünki, deyəsən, bu fotonu hələ görməyib.