Yaponiyada qadın keçmiş ərinin 1 milyon dəyərində olan 54 skripkasını sındırıb

Скрипка

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı,

Kolleksiyadakı ən qiymətli italyan skripkasının dəyəri 450 min dollardır

Boşanma təkcə ürəkləri deyil, həm də ər-arvadın maddi dəyərlərini də sındıra bilər. Yaponiyada baş verən belə bir boşanma nəticəsində 54 skripka ziyan çəkib.

Yapon polisi keçmiş ərinin skripka və yay kolleksiyasını məhv etməkdə şübhəli bilinən qadını həbs edib.

Kolleksiyanın ümumi dəyəri 105,9 milyon yendir (950 min dollar). Polisin məlumatına görə, Nagoya şəhərində mənzilə gizli daxil olan 34 yaşlı qadın alətləri sındırıb.

Onun keçmiş əri bu zaman ezamiyyətdə olub.

Hadisə 2014-cü ildə xanım ərindən boşanan zaman baş verib. Lakin qadın indi həbs olunub.

Xanım keçmiş ərinin evinə gizli daxil olduğunu etiraf etsə də, alətlərə toxunmadığını bildirib.

The Japan Times qəzetinin yazdığına görə, 62 yaşlı norveçli keçmiş ər skripkaların istehsalı və satışıyla məşğuldur.

Kolleksiyadakı ən qiymətli italyan skripkasının dəyəri 50 milyon yendir (450 min dollar).

Yaponiya kütləvi informasiya vasitələrinin məlumatına görə, çinli xanım Çindən Tokio-ya qayıdarkən həbs olunub.