Dubay: Torch Tower göydələnində yanğın

Yanğın Fotonun müəllifi Nivetha Vijayathasan

Son iki ildə ikinci dəfədir ki, Dubayın 79 mərtəbəli göydələnində güclü yanğın baş verib.

Sosial mediadakı videolarda yanğının yuxarıya doğru yayılmasını və binadan qopan hissələrin yerə töküldüyünü görmək olar.

Hakimiyyət binada yaşayan sakinlərin təxliyə edildiyini və daha sonra yanğının nəzarət altına alındığını xəbər verir.

Dünyanın ən yüksək binalarından birində baş verən yanğının səbəbləri hələ ki, müəyyən edilməyib.

Mülki Müdafiə xidməti sürətlə yayılan alovun yerli vaxtla gecə 03:40-da (Bakı vaxtilə - 03:40) nəzarət altına alındığını bildirir.

Fotonun müəllifi Getty Images
Image caption Hadisədə xəsarət alanların olmadığı bildirilir.
Fotonun müəllifi KARIM SAHIB
Image caption Bina yaxınlığında yanğın nəticəsində zədələnən avtomobillər

Hadisə şahidlərindən biri - Dina yazır ki, fövqəladə xidmətlərə məxsus sirenaların səsinə görə oyandıqdan sonra "Tocrh-da daha bir yanğın" barədə xəbər tutub.

Həmin rayonun sakini, hazırda tətildə olan Cara Spillane yanğın barədə internetdəki gördüklərini "dəhşətli" adlandırır.

Cümə günü yayılan görüntülərdə həmçinin yanğının baş verdiyi ərazi yaxınlığında zədələnən avtomobillər əks olunur.

Hadisədə xəsarət alanların olmadığı bildirilir.

2015-ci ildə Torch Tower binasında baş verən yanğından sonra yüzlərlə sakin təxliyə olunmuşdu.

Fotonun müəllifi @arfojack

Torch Tower, Dubay

  • 79-mərtəbəli göydələn 2011-ci ildə istismara verilib
  • Bina açılarkən dünyanın ən yüksək göydələni olub.
  • Skyscraper Centre mərkəzinin sıralamasına görə o, dünyanın ən hündür binaları reytinqində 40-cı yeri tutur.
  • Binada 676 mənzil var.
  • İki yataq otaqlı mənzilin qiyməti 500,000 dollardan başlayır.
  • Bina sakinlərinin 8 mərtəbəli qaraj və hovuza girişi var.

Bu barədə daha geniş