Fransa: "Birinci Ledi" vəzifəsi əleyhinə onlayn petisiya
Fransa: "Birinci Ledi" vəzifəsi əleyhinə onlayn petisiya
Fransada prezident Macron-un arvadı üçün "Birinci xanım" vəzifəsini təsis etmək planı əleyhinə onlayn petisiyaya 250 mindən çox adam imza atıb.
Prezident seçilməsindən 3 ay sonra Emmanuel Macron rəy sorğularında dəstəyinin kəskin düşməsilə üzləşib.
BBC-dən Russel Trott məsələyə nəzər salıb.

Niyə hamı Fransanın birinci ledisindən danışır?
Fransa konstitusiyasına əsasən, prezidentin həyat yoldaşı heç bir rəsmi status daşımır. Lakin seçki kampaniyası əsnasında verdiyi bir televiziya müsahibəsində Emmanuel Macron bildirmişdi ki, seçildiyi təqdirdə həyat yoldaşı ondan birinci xanım rolunun təyin edilməsini istəyib.