Barselonanın Ramblas turist ərazisində furqon izdihama hücum edib

Scene of Barcelona incident 17/8/17 Fotonun müəllifi Steven Turner

Barselonanın Ramblas turist ərazisində furqonun izdihama hücum etməsi nəticəsində bir neçə adam yaralanıb, İspaniya polisi deyir.

Polis hadisəni "terror aktı" adlandırıb və bildirib ki, bir neçə adam "kütləvi əzilmədə" xəsarət alıb. Təcili yardım xidmətləri insanları Plaça Catalunya (Kataloniya meydanı) ərazisindən uzaq durmağa çağırıb.

Hadisə yerindən məlumatlarda deyilir ki, insanlar yaxınlıqdakı mağaza və kafelərə girərək gizlənir.

Yerli kütləvi informasiya vasitələrinin məlumatına görə, furqonun sürücüsü gizlənməyə müvəffəq olub.

Reuters xəbərlər agentliyi, metro və qatar stansiyalarının bağlandığını deyib.

Ərazidə işləyən Steven Turner BBC-ə deyib: "Mənim işlədiyim ofisdə insanlar Las Ramblas-da maşının insanların üzərinə sürdüyünü görüb".

"Mən üç və ya dörd adamın yerdə uzandığını gördüm".

"Ərazidə hazırda çoxlu təcili yardəm və silahlı polis var".

Həmçinin, şəhərin mərkəzindəki restoranlardan birində atışma olduğu barədə də məlumat verilib. Hadisə baş verən ərazi mühasirəyə alınıb, polis yerli əhalidən və turistlərdən Kataloniya meydanı ətrafına yaxınalaşmamağı xahiş edib.

Yaxınlıqdakı metro və dəmiryol stansiyaları, həmçinin mağazalar və restoranlar bağlanıb.

Barcelona yay aylarında ən məhşur turist yerlərindən biridir.