Qeysər kəsiyindən sonra vaginal toxumlama "riskli" ola bilər, həkimlər deyir

Baby Fotonun müəllifi Getty Images

Qeysər kəsiyi əməliyyatından sonra vaginal toxumlama əməliyyatı "riskli" ola bilər, həkimlər xəbərdarlıq edir.

Qeysər kəsiyi üsulu ilə doğmağa hazırlaşan qadın, bətnindəki körpəyə süni olaraq vaginal bakteriyaların ötürülməsi (vaginal toxumlama) dəbinə uymamalıdır, həkimlər xəbərdarlıq edib.

Doğuş texnologiyalarında bu yeni dəbin məqsədi Qeysər kəsiyi ilə doğulan körpələri süni olaraq vaginal bakteriyalar ilə təmin etməkdir.

Düşünüldüyünə görə, bu yol yeni doğulan körpələrin astma və allergik xəstəliklərə qarşı immun sistemini möhkəmlətməyə imkan verir.

Lakin Danimarka və Britaniya həkimləri xəbərdarlıq edir ki, sözügedən üsul körpəyə xeyirdən daha çox ziyan vura bilər.

Qeysər kəsiyi üsulu ilə doğulan körpələrdə immun sistemi ilə əlaqəli xəstəliklərin inkişaf olunması riski daha yuxarıdır.

Süni yolla vaginal bakteriyalar təzəcə doğulmuş körpəyə, onun üz-gözü və dərisinə anasının uşaqlıq yolu mayesindən götürülmüş yaxıq sürtülməsi üsulu ilə ötürülür.

Beynəlxalq Mamalıq və Ginekologiya Jurnalında (BJOG) dərc olunmuş hesabata əsasən, Danimarkada mamaçılıq və doğum həkimlərinin 90 faizi, vaginal toxumlama üsulu ilə doğuş keçirmək xahişi ilə onlara müraciət edildiyini bildiriblər.

Lakin bu üsulun üstünlüklərini sübut edən dəlillər hələlik yoxdur, çünki hələlik yalnız dörd körpə üzərində cəmi bir tədqiqat keçirilib.

Eyni zamanda, vaginal toxumlama nəticəsində körpəni B qrupu streptokokları, E. coli və cinsi yaxınlıq zamanı keçən bakteriayalara yoluxdurma ehtimalı kəskin artır.

BJOG-da dərc olunmuş hesabatın müəllifi və Danimarka Nordsjaellands hospitalının məsləhətçisi, doktor Tine Clausen qadınlara "Qeysər əməliyyatlarına vərdiş etməməyi, azı yarım il ərzində körpəni döş ilə əmizdirməyi, körpə ilə bədən-bədənə toxunaraq kontakt yaratmağı" tovsiyə edib.

Əlaqəli mövzular

Bu barədə daha geniş