Orta yaşlı insanlara tövsiyə: hər gün 10 dəqiqə sürətli gəzin

Yürüyen insanlar Fotonun müəllifi Getty Images

Orta yaşlı insanlar sağlamlıqlarını qorumaq üçün sürətli gəzməlidirlər, Britaniya İctimai Sağlamlıq Agentliyi bildirib.

Mütəxəssislər 40 yaşından sonra insanların məşğuliyyətlərinin azaldığını və bunun sağlamlığa zərərli olduğunu açıqlayıb.

Mütəxəssislər bu problemin həlli olaraq, 40-60 yaş arası insanlara sürətli gəzməyi tövsiyə edirlər.

Araşdırmalara görə, hər gün 10 dəqiqə sürətli gəzmək erkən ölüm riskini 15 faizə qədər azaldır.

Agentlik, insanların sürətli gəzməklərini qeydə almaq üçün Active10 adlı bir proqram yaradıb. Həmçinin, bu proqramla siz gəzintilərinizi gündəlik həyatınıza necə uyğunlaşdıracağınız barəsində məsləhətlər ala bilərsiz.

Şirkətin tibb üzrə mütəxəssisi yemək arasında və ya mağazaya gedərkən belə 10 dəqiqə gəzməyin sağlamlığa çox faydalı olduğunu bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş