Şimali Koreya Yaponiya üzərindən raket atıb: sakinlərə sığınacaq tapmaq məsləhəti verilib

Şimali Koreya yerli vaxtla çərşənbə axşamı səhəri (Bakı vaxtilə 28 avqust 23:00) Yaponiyanın Hokkaido adasının üzərindən keçərək dənizə düşən ballistik raket atıb.
Yaponiyanın Baş naziri Shinzo Abe hadisəni "görünməmiş" təhlükə adlandırıb.
Hadisəyə cavab olaraq BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının keçirilməsi gözlənilir.
Şimali Koreya son aylar raket sınaqları keçirsə də, hədəfi Yaponiya üzərindən vurması nadir haldır və bu gərginliyi kəskinləşdirib.
- Şimali Koreya liderinin nüvə sınağı şərhi
- Trump Kim Jong-un-u "ağıllı" adlandırıb
- KXDR ətrafında böhran: Kim Jong-un əslində nə istəyir?
Şimali Koreya 1998 və 2009-ci illərdə də Yaponiya üzərindən raket atıb, amma sonra onların peyk buraxılması olduğunu iddia edib.
Raketi vurmaq üçün heç bir cəhd edilməyib, əvəzində Hokkaido sakinlərinə "möhkəm bina və ya zirzəmidə" gizlənmək məsləhəti verilib.
ABŞ və Yaponiya qüvvələri hazırda bu adada hərbi təlimlərdə iştirak edir.