Şahzadə Diana-nın ölümünün 20-ci ildönümündə onun xatirəsi anılıb

Şahzadə Diana-nın ölümünün 20-ci ildönümündə onun xatirəsi anılıb

20 il əvvəl, o dövrdə Baş nazir olmuş Tony Blair tərəfindən “xalq şahzadəsi” adlandırılmış şahzadə Diana, 1997-ci il avqustun 31-də, avtomobil qəzası nəticəsində Parisdə 36 yaşında ölüb.

Çərşənbə günü, onun oğulları – şahzadə William və şahzadə Harry - Kensington sarayı önündə şahzadə Diana-nın xatirəsini yad ediməsi məqsədilə, sayı artmaqda olan gül əklilləri qoyulduğu yerə baş çəkiblər.

“Bu, bizim hamımızın itkisidir”, - Diana-nın dəstklədiyi xeyriyyələrin üzvlərinə üzünü tutaraq Harry bildirirb.

Diana-nın ölümünün ildönümünü şahzadələr özəl mərasim çərçivəsində qeyd ediblər, eyni zamanda bütün ölkə boyu ictimai mərasimlər də keçirilir.

İctimai mərasim o cümlədən Londonun şərqində yerləşən Mildmay Mission hospitalında da keçirilir.

Şahzadə Diana vaxtı ilə mütəmadi olaraq həmin xəstəxanada İİV-dən müalicə olunanlara baş çəkərmiş.

Anım tədbirləri çərçivəsində ictimaiyyət nümayəndələri şahzadə Diana-nın şahzadə Charles ilə evlilik dövründə və ondan boşandıqdan sonra 15 il ərzində yaşadığı Kensington sarayına baş çəkməkdədirlər.