Danimarkanın Kopenhagen Universiteti Beyonce, Cinsiyyət və İrq üzrə kurs təklif edir

Beyonce Fotonun müəllifi Getty Images

Danimarkanın Kopenhagen Universiteti ABŞ ifaçısı Beyonce-nin həyatına əsaslanan kurs təklif edir.

Yerli TV 2 telekanalının məlumatına görə, təxminən 75 tələbə qeydiyyatdan keçib.

Beyonce, Cinsiyyət və İrq adlı kursa maraq o qədər yüksəkdir ki, planlaşdırılmış mühazirələr daha böyük zala köçürülməli olub.

Professor Erik Steinskog telekanala bildirib ki, müğəninin mahnı sözlərini, müsiqi videolarını və tamaşalarını tələbələrə təqdim edəcək.

O, bu kursun incəsənət və mədənniyyət sahələri üzrə bakalavr məzunlarının dərəcələrinə qiymət ala bilmələri üçün elmi kurs olaraq nəzərdə tutulduğunu qeyd edib.

"Biz onun mahnılarını və musiqi videolarını təhlil edəcəyik", o, deyib.

"Cinsiyyət, cinsəllik və irqə diqqət yetiriləcək", deyə professor əlavə edib.

"Məqsədlərimizdən biri Skandinaviyada çox yaxşı tanınmayan qara feminist düşüncəsini təqdim etməkdir...Beyonce indiki dövrün ən böyük pop-sənətçilərdən biridir və buna görə, o, yaşadığımız dünyanı dərk eləməkdə əhəmiyyət daşıyır", Professor Erik Steinskog deyib.

Fotonun müəllifi Getty Images

Kopenhagen Universitetinin Uniavisen jurnalı Beyonce kursunun artıq dolu olduğunu bildirib.

Prof. Steinskog müğənninin böyük pərəstişkarı olduğunu etiraf edib və Beyonce-nin pop musiqisinin hara getdiyinin yaxşı bir göstəricisi olduğunu söyləyib:

"O, çox mübahisəli feministdir. Bu isə çox vacibdir. O bizə feministin olmağın nə məna daşıdığını və ya nə məna daşıya biləcəyi barədə düşündürür, amma onun feminizmi qeyri-akademik auditoriya-ya yönəlib."

"Təsirlənməmək mümkün deyi. O gördüyü işdə həddindən çox bacarıqlıdır. Həyat sevmədiyim bir musiqi ilə məşğul olmaq üçün çox qısadır", o, əlavə edib.

Fotonun müəllifi Google Maps
Image caption Kopenhagen Universiteti 1479 -cu ildə təsis edilib

Bu, Beyonce barədə ilk universitet kursu deyil.

ABŞ-ın New Jersey ştatındakı Rutgers Universiteti 2014-cü ildən Qadınlar və Cinsiyyət Araşdırmaları Kafedrası vasitəsi ilə, Beyonce Siyasəti adlı bir kurs keçirməyə başlayıb.

Rutger-də həmçinin, Bruce Springsteen-in mahnı sözlərinin teologiyası adlı bir kurs da olub.

Georgetown Universitetində isə Beyonce-nin repçi əri barədə olan "Hip-Hop-un Sosialogiyası: Jay-Z-nin Şəhərli Teodiseyası" adlı bir kurs da olub.

Böyük Britaniyanın Durham Universitetində isə Harry Potter və illyuziyanın dövrü adlı bir dərs təklif edilir.

Prof. Steinskog BBC-ə kursa olan bu qədər diqqətə təəccübləndiyini bildirib:

"Mən ABŞ-dan Avropa-ya müzakirə aparıram. Bu nəzəri məsələləri müzakirə etməyi mümkün edir və əlavə sualların yaranmasını mümkün edir: Bunlar Avropanın nöqteyi-nəzərindən fərqli mi görsənir? İrq barədə düşünəndə siz nəyi düşünürsünüz?"

"80-cı illərdə, xüsusilə 80-cı illərin sonlarında, yəgin ki ABŞ-da daha böyük sayda, Madonna ilə bağlı kurslar var idi - bəs bizim bunu indi etdiyimiz medianı niyə bu qədər təəccübləndiri?"

Əlaqəli mövzular

Bu barədə daha geniş