Nüvə sinağının ardınca Şimali Koreyaya qarşı yeni sanksiyalar

Kim

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Şimali Koreya hidrogen bombasını sınaqdan keçirdiyini bildirir.

BMT Təhlükəsizlik Şurası Şimali Koreya tərəfindən sayca altıncı və ən irimiqyaslı nüvə sınağı ardınca bu ölkəyə qarşı yeni sanksiyalara səs verib.

Neft idxalına məhdudiyyətlər və tekstil ixracına qadağanı nəzərdə tutan sanksiyalar Pxenyanı silah proqramı üçün tələb edilən gəlir mənbələrindən məhrum etmək cəhdidir.

ABŞ-ın təklif etdiyi daha sərt layihə neft idxalının tam qadağasını nəzərdə tuturdu.

Məhdudiyyətlərin yumşaldılmasından sonra Çin və Rusiya sanksiyaları dəstəkləməyə razı olublar və o, yekdilliklə qəbul olunub.

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı,

Şimali Koreyanın tekstil sənayesi ixracın əsas gəlir mənbələrindən biridir.

Şimali Koreya bazar ertəsi qəbul edilmiş sanksiyalara qəzəbli reaksiya verib.

O, yeni sərt sanksiyalara görə ABŞ-ı cavab addımları ilə hədələyib.

Sentyabrın əvvəlində Pxenyan hidrogen bombasını sınaqdan keçirdiyini elan etmişdi.