Şəkillər: İlin Quş Fotoqrafı

Fotomüsabiqədə quşların gündəlik həyatını əks etdirən şəkillər arasında seçim aparılıb.

Flaminqolar balalarını yemləyir

Şəklin mənbəyi, ALEJANDRO PRIETO ROJAS

Şəklin alt yazısı,

Alejandro Prieto Rojas bu görüntüyə görə İlin Quş Fotoqrafı mükafatına layiq görülüb. Şəkildə balalarına yem verən flaminqolar təsvir olunub. Hadisənin baş verdiyi yer - Rio Lagartos kəndi, Meksika.

Şəklin mənbəyi, Markus Varesvuo

Şəklin alt yazısı,

Markus Varesvuo bu fotoya görə Best Portfolio nominasiyasında mükafata layiq görülüb. Şəkildə saqqallı arıquşu qış Günəşi fonunda çəkilib.

Şəklin mənbəyi, gabor kapus

Şəklin alt yazısı,

"Essex-də, Pitsea zibilliyində qağayıları gözətləyirdik, - Gabor Kapus xatırlayır. - Kameranı əvvəlcədən quşlar olan tərəfə tuşlamışdıq. Birdən, sağ tərəfdən tülkü gəlib, kameranın qarşısına çıxdı. Tülkünün bu hərəkəti quşları hürkütdü, onlar havaya qalxdı, mən isə həmin anı lentə aldım."

Şəklin mənbəyi, Ben Hall

Şəklin alt yazısı,

Ben Hall Çilidə, Torres del Paine Milli Parkında, And kondorunu lentə alıb.

Şəklin mənbəyi, JAMIE HALL

Şəklin alt yazısı,

"Qırmızı çalağanı kameraya çəkmək əngəlli bir işdir, - Jamie Hall deyir. - Bu fotonu çəkmək üçün kameramı ölü bir qurdun yaxınlığında qurmuşdum. Çalağan qurdu dimdikləyəndə, məsafədən, təxminən 40 metr olardı, idarə pultu ilə kameranı işə saldım. Çalağan heç zaman yerə qonmur. Qurdu götürmək üçün sadəcə sürətini azaltmışdı".

Şəklin mənbəyi, Piotr Chara

Şəklin alt yazısı,

Polşanın qərbində, Odra vadisində yerləşən bataqlıq ərazidə çəkilən şəkil - suda durna dəstəsi

Şəklin mənbəyi, Bret Charman

Şəklin alt yazısı,

Bret Charman bu Avstraliya qutanını manqrov bataqlığında çəkib. "Şəkil istədiyim kimi alındı - quşun iti təsviri suyun üzündəki su sıçrantıları fonunda", - Bret Charman deyib.

Şəklin mənbəyi, Andrew Parkinson

Şəklin alt yazısı,

Derbyshire-də, Andrew Parkinson iki qaşqaldağı maraqlı anda lentə ala bilib - iki quş arasında əraziyə nəzarət uğrunda dava-dalaş getdiyi zaman. Quşlar şəfəq işığı fonunda lentə alınıb.

Şəklin mənbəyi, Pal Hermansen

Şəklin alt yazısı,

Bu şəkil Norveçdə, Trondelag tərsanəsində Pal Hermansen tərəfindən çəkilib. Şəkildə ördəklər fəsiləsinə aid olan Şimal dənizi ördəyi suda üzən vəziyyətdə təsvir olunub.

Şəklin mənbəyi, kelvin dao

Şəklin alt yazısı,

Sinqapurda Kelvin Dao bu ağacdələni quş avtomobilin güzgüsünə baxdığı zaman lentə alıb.

Şəklin mənbəyi, Weber Marc

Şəklin alt yazısı,

Weber Marc yuvalarına qayıdan birəbitdən quşlarını lentə alıb. "İnanılmaz bir tamaşa idi. Ekspozisiyanı maksimal həddə keçirmişdim. Quşların hərəkətdə olduğunu təsvir etmək istəyirdim. Quşların qanadından süzən Günəş işığı inanlmaz bir effekt yaradıb".