Şəkillər: İrma qasırğası Floridada tüğyan edir
İrma qasırğasının tüğyan etdiyi Floridadan şəkillər.

Şəklin mənbəyi, Getty Images
Bazar ertəsi günü peykdən çəkilən fotoşəkildə İrma qasırğasının Floridanı haqladığı, bir qədər kənarda, dəniz üzərində isə Jose qasırğasının yer aldığı görünür.
Şəklin mənbəyi, Reuters
İnsanlara Germain Arena sarayında sığınacaq təklif olunub - Estero, Florida
Şəklin mənbəyi, Reuters
Bazar günü Miami-də çəkilmiş şəkil - suyun altında qalan küçəni keçən piyada
Şəklin mənbəyi, Reuters
Miami-nin mərkəzi hissəsində, tikinti meydançansında qaldırıcı kranın üst hissəsi qasırğa nəticəsində qırılaraq yerə uçub.
Şəklin mənbəyi, Reuters
Qasırğa evlərin damını da qıraraq uçurdub - Miami
Şəklin mənbəyi, Reuters
Irma yanacaqdoldurma stansiyasını bu kökə salıb - Bonita Springs, Florida
Şəklin mənbəyi, Reuters
Daşqın nəticəsində səyyar evləri su basıb - Bonita Springs
Şəklin mənbəyi, Reuters
Tampa sakinləri Hillsborough körfəzində selfie çəkdirir. İrma qasırğası bura yaxınlaşmazdan əvvəl Hillsborough körfəzindən suyu boşaldılıb.
Şəklin mənbəyi, Getty Images
Güclü külək qırdığı ağacları və uşaq oyuncaq batutunu yolun ortasına ataraq Pompano Beach küçəsini bloklayıb.
Şəklin mənbəyi, Reuters
Güclü külək qayıq anbarını dağıdıb - Hollywood, Florida
Şəklin mənbəyi, EPA
Qasırğa yanacaqdoldurma stansiyasını bu hala salıb - Biscayne Boulevard, Miami.
Şəklin mənbəyi, Getty Images
İrma qasırğasının episentri Miami-dən yan keçsə də, bəzi əraziləri su, daşqın nəticəsində, tamamilə örtüb.
Şəklin mənbəyi, Getty Images
Lower Keys-də xəstələrin xəstəxanalardan evakuasiya olunmasını hərbçilər təmin edib.
İrma qasırğası Floridaya çatıb
Qasırğa dördüncü dərəcəyə yükəslib və bəzi ərazilərdə fəsadlar törədəcəyi gözlənilir.