Gey hüquqlarının müdafiəçisi Edith Windsor 89 yaşında vəfat edib

Şəklin mənbəyi, Getty Images
Eynicinsli nikahlara yol açmış tarixi məhkəməni qazanan gey hüquqlarının müdafiəçisi, Edith Windsor 88 yaşında vəfat edib.
Mərhumun xanımı, Judith Kasen-Windsor New York Times qəzetinə ölüm barədə məlumatı təsdiqləyib.
Edith Windsor, birinci xanımı - Thea Spyer öləndən sonra ABŞ hökumətinin daşınmaz əmlakla bağlı təqdim etdiyi 363 min dollar (611 AZN) məbləğində federal vergini ödəməkdən imtina edərək məhkəmə iddiası qaldırmışdı.
O, israr edirdi ki, yalnız qadınla kişi arasında nikah aktını tanıyan qanunvericilik eynicinsli cütlükləri vergi imtiyazlarından mərhum etməklə konstitusiya hüquqlarını pozur.
2013-cü ildə Edith Windsor-un işi ilə bağlı çıxarılan Ali Məhkəmənin hökmü ilk dəfə olaraq federal səviyyədə eyncinsli cütlərin haqlarını tanımış oldu.
Şəklin mənbəyi, Getty Images
Şəklin mənbəyi, Getty Images
Windsor 2013-cü ildə New Yorkda keçirilən LGBTQ paradında
2015-ci ildə daha bir məhkəmə qərarı ilə eynicinsli cütlüklər evlənmək hüququnu qazandılar.
"Edie gözümün işığı idi. O, həmişə dərindən sevdiyi və onu da çox sevən LGBTQ icmasının ümid işığı olmuşdu", Judith Kasen-Windsor deyib.
Mərhumun ailə və yaxınlarına baş sağlığı verənlər arasında sabiq prezidentlər - Barack Obama və Bill Clinton olub.