Maria Sharapova tənqidlərə cavab verir və dopinq ittihamlarını rədd edir

Image shows tennis player Maria Sharapova
Image caption Dopinq ittihamına görə Maria Sharapova 15 ay müddətinə tennisdən kənarlaşdırılıb.

Dopinq ittihamına görə 15 ay ərzində idman yarışlarında çıxışlarına qadağa qoyulmuş tennis ulduzu Maria Sharapova, ona qarşı tənqidlərin faktlara əsaslanmadığını bildirirb.

Qadın dünya tennisinin keçmiş bir nömrəsi olan Sharapovaya yarışlarda çıxışını qoyulay qadağa keçən ildən qüvvədədir.

Buna səbəb onun, qadağan olunmuş meldonium preparatını qəbul etməsi olub.

Meldoniumu qəbul etdiyinə görə Sharapova tənqidlərə məruz qalmışdı.

Hadisədən sonra, onun həmkarı, tennisçi Eugenie Bouchard bildirmişdi ki, Sharapova ümumiyyətlə idmandan kənarlaşdırılmalıdır.

BBC-ə müsahibəsində Sharapova fırıldaqçılıq barədə ittihamları rədd edərək onun üçün bu qalmaqalın artıq arxada qaldığını deyib.

Bu ilin aprel ayında Eugenie Bouchard demişdi ki, Sharapova "yalançıdır".

"Mən düşünmürəm ki, fırıldaqçıya hansısa bir idman növündə çıxış etmək icazəsi verilməlidir", - Bouchard demişdi.

Lakin Sharapova bu qəbildən olan şərhlərin "faktlara əsaslanmadığına" diqqəti çəkib.

"Odur ki, onlara fikir vermirəm", - BBC-yə müsahibəsində Sharapova deyib.

O, bu yaxınlarda öz memuarlarını çapdan buraxıb. Sharapova-nın yazdığı kitabın adı belədir: "Məğlubedilməz - bu günədək yaşadığım həyat"

Fotonun müəllifi Getty Images
Image caption Maria Sharapova ona qarşı tənqidlərin "faktlara əsaslanmadığını" vurğulayıb.

Maria Sharapova eləcədə aparıcı Britaniya tennisçisi Andy Murray-in də şərhinə cavab verib.

Andy Murray demişdi ki, dünyanın aparıcı idmançılarının ürək xəstəliyi, və həmin xəstəliyin müalicəsi üçün meldonium preparatını qəbul etmələri qəribə görünür.

Bununla bağlı, Sharapova deyib ki, bu mövzuya dair fakt olmadan rəy söyləmək yersizdir.

"Mən səhv buraxdığımı etiraf etmişəm, buna görə cəzamı çəkmişəm, qadağaya tabe olmuşam, qadağa müddəti bitib və indi mən geri qayıdıram", - Sharapova deyib.

O, dərman qəbul etməklə "böyük səhv" buraxdığını etiraf edərək, əlavə edib ki, həmin dərmanı 2006-cı ildən müalicə məqsədilə qəbul edir.

Meldonium preparatı idmanda 2016-cı il yanvarın 1-dən qadağan olunub.

Əlaqəli mövzular

Bu barədə daha geniş