BMT-nin baş katibi: Rohincalılar "fəlakətli" vəziyyətlə üzləşiblər

Rohingyas newly arrived in Bangladesh - 13 September Fotonun müəllifi EPA

Myanmada Rohinca müsəlmanları fəlakətli humanitar vəziyyətlə üzləşib, BMT-nin baş katibi bildirib.

Antonio Guterres qeyd edib ki, deyildiyi kimi təhlükəsizlik qüvvələri tərəfindən Rohinca kəndlilərinə hücumlar tamamilə yolverilməzdir.

Ordu qiyamçılara qarşı mübarizə apardığını və dinc sakinləri hədəfə aldığını təkzib edir.

BMT Təhlükəsizlik Şurası zorakılığın dayandırılması üçün təcili addımlar atmağa çağırıb.

Ötən aydan bəri təxminən 379 min Rohincalı zorakılığa görə Banqladeşə gedib. Onların kəndlərində bütün evlər yandırılıb.

Buddistlərin çoxluq təşkil etdiyi Raxin vilayətində yaşayan Rohincalar, onları qanunsuz miqrantlar adlandıran Myanmada uzun müddətdir ki, təqiblərlə üzləşiblər.

Onlar uzun illərdir ki, Birma kimi də tanınan Myanmada yaşasalar da, vətəndaşlıqla təmin edilmirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş